
Hələ başlanğıcdır, NATO-da daha da genişlənəcək
Yusif Nəzərli
23:34 29.06.2022
Siyasət
576
Rusiyanın oduna hegemonluq eşqinə düşən Çin də yanacaq
ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə Birləşmiş Ştatların bütün Avropada hərbi mövcudluğunu artıracağını deyib. ABŞ Prezidentinin sözlərinə görə, NATO bütün istiqamətlərdə - havada, quruda və dənizdə təhdidləri dəf etməyi bacarmalıdır. Cozef Bayden, həmçinin Avropaya əlavə olaraq F-35 döyüş təyyarələrindən ibarət iki eskadrilya göndəriləcəyini bildirib. Bundan əlavə, Vaşinqton Polşada ABŞ Silahlı Qüvvələrinin 5-ci Ordu korpusunun (quru qoşunları) qərargahını yerləşdirəcək.

Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin “Şərq”ə açıqlamasına görə, ABŞ-ın Avropada hərbi mövcudluğunu artırması, döyüş təyyarələrindən ibarət eskadrilyaların göndərilməsi, 5-ci Ordu korpusunun qərargahının Polşada yerləşdirilməsi birbaşa Rusiyanın aqresiv siyasətinə hesablanmış adekvat reaksiyadır:
“Bu mənada Rusiyanın və onun mövqeyini müdafiə edən digər ölkələrin əks mövqeləri həlledici deyil. NATO-nn Şərqə doğru irəliləməsindən narahat olan Rusiya təhlükəsizliklə bağlı zəmanət tələbi iddiasında idi və bunu bəhanə edərək Ukraynaya qarşı hücum siyasəti yeridərək şəhərlərini gülləbaran etdi. Yəni əvvəllər Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaq istəyən Rusiya, bu gün bilavasitə Finlandiya və İsveç kimi Skandinaviya ölkələrinin NATO-ya üzv olmasına səbəb oldu. Buna görə Rusiyanın kimisə günahlandırması doğru deyil. Proseslər bununla da bitməyəcək. Avropanın Şərq sərhədində hərbi gücünü iki dəfə artıran NATO Polşa və Rumıniya kimi ölkələrdə öz mövcudluğunu möhkəmləndirməkdə davam edir. Onu da deyim ki, Putin daima “NATO-nun bizim sərhədlərə yaxınlaşmasının qarşısını aldıq” kimi mənasız arqumentlərlə “əzələ nümayiş” etdirir. Həm də artıq strateji cəhətdən məğlubiyyətin eşiyində olduğunu bilə- bilə. Reallıq odur ki, Rusiyanın Ukraynaya hücumundan öncə NATO ilə quru sərhədlərinin uzunluğu 1215 km idi, Finlandiya və İsveç alyansa üzv olduqdan sonra quru sərhədin uzunluğu iki dəfə artaraq 2478 km olacaq. Rusiyanın “qazancı” budur”.
NATO-nun artıq Rusiyanı tərəfdaş ölkə deyil, bir təhlükə kimi gördüyünü vurğulayan politoloqun sözlərinə görə, Madriddə keçirilən sammitdə Rusiyanın statusu dəyişəcək və yeni konsepsiyada bu dəyişiklik öz əksini tapacaq:
“ Rusiyanın oduna hegemonluq eşqinə düşən Çin də yanacaq. Bu baxımdan deyə bilərəm ki, Baydenin NATO sammitindəki açıqlamaları sadəcə Rusiyaya barmaq silkələməsi deyil, həm də Çin üçün bir mesajdır. Fikir verirsinizsə, artıq sadəcə NATO ölkələri çərçivəsində deyil, Sakit Okean hövzəsində olan ölkələrin də ABŞ ətrafında toplanması prosesi gedir. Əvvəllər Hind və Sakit Okean hövzəsində üçlü, dördlü formatda birliklər yaradılmışdı. Bütün bu formatlar isə birbaşa hər hansı bir hərbi siyasət yeridəcəyi təqdirdə Çini mühasirəyə alaraq neytrallaşdırmağa hesablanmışdı. Deməyim odur ki, NATO-nun Avropada hərbi mövcudluğunu artırması qərarından Rusiya və Çin məmnun qalmayacaq. Ancaq dünyadakı geosiyasi proseslər nə Çinin, nə də Rusiyanın geosiyasi iradəsi ilə tənzimlənir. Ayrıca hər iki ölkə bir şeyi anlamalıdır ki, NATO-nun güclənməsi üçün Rusiya səbəb yaratdı, Çin isə artıq zəmin yaradır. Tayvanın hərbi güc ilə Çinin tərkibinə daxil edilməsi bəyanatı birbaşa ABŞ-ın hərəkətlənməsi üçün səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm