Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub
Yusif Nəzərli
16:35 29.10.2022
Siyasət
477
Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub.
"Report" xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Milli Məclisin sədri Sahibə Qafarova iştirak ediblər.
“Türkiyə dünyanın bütün bölgələrində sülh və təhlükəsizliyi təşviq etməyə çalışan böyük bir ölkədir. Biz kənd təsərrüfatından tutmuş texnologiyaya qədər bütün sahələrdə mühüm uğurlar əldə etmişik”, - səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyaraq bildirib.
Daha sonra səfir qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq arenada, xüsusilə Qarabağ məsələsində hər zaman bir-birini dəstəkləyir. O, bir daha qardaş Azərbaycanı işğal olunmuş torpaqlarının azad edilməsi münasibətilə təbrik edib.
“Qafqazda sülh üçün fürsət yaranıb və bu, təkcə region üçün deyil, bütün dünya üçün faydalı olacaq. Nəqliyyat və logistika marşrutlarının açılması ilə yeni imkanlar yaranacaq”, - səfir əlavə edib.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından qardaş Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə səmimi təbrik edib və xoş arzularını ifadə edib.
S.Qafarova bildirib ki, doxsan doqquz il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış Cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib. Xüsusən son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb. Bu gün Türkiyə Respublikasında, eləcə də Türkiyə Respublikasının iştirakı ilə dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir.
Türkiyə Respublikasının beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu bildirən Milli Məclisin sədri onun siyasi, iqtisadi, hərbi, intellektual, mənəvi potensialına və geosiyasi önəminə diqqət çəkib, Türkiyənin xarici siyasətinin beynəlxalq aləmin hazırda böyük ehtiyac duyduğu haqq-ədalət və dürüstlük meyarlarına əsaslandığını vurğulayıb. Spiker qardaş ölkənin qarşıya çıxan beynəlxalq problemlər barəsində nümayiş etdirdiyi obyektiv mövqenin dünyanın yaşadığı indiki təhlükəli dövrdə birmənalı olaraq sabitləşdirici rol oynadığını qeyd edib.
Milli Məclisin sədri çıxışında Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqla söz açıb. Bildirib ki, ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik zirvəsinə yüksəldib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə bütün məsələlərdə bir-birinin yanındadırlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun”.
Sahibə Qafarova Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın göstərdiyi siyasi və mənəvi dəstəyi, bütün Türkiyənin, Türkiyə xalqının tutduğu qəti mövqeyi xüsusi qeyd edib. Bildirib ki, bu dəstək Azərbaycanın haqq işi uğrunda mübarizədə tək olmadığını göstərməklə bizə əlavə güc verib, böyük Zəfərin qazanılmasında önəmli rol oynayıb.
Spiker vurğulayıb ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində də, bütün digər məsələlərdə də bizim yanımızdadır.
Bir neçə gün öncə Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının təməlinin qoyulmasını hamımızın sevinc və qürurla izlədiyimizi söyləyən S.Qafarova eyni duyğuları ötən il Füzuli Beynəlxalq Hava Limanının açılışında və dövlət başçılarının iştirakı ilə keçirilən digər tədbirlərdə də yaşadığımızı xatırladaraq əminliklə bildirib ki, Azərbaycanla Türkiyənin birlik və həmrəyliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək.
FOTO: Firudin Səlim
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya