İcma: Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də mağara təfəkkürlü erməni diplomatiyasıdır
Yusif Sultanoğlu
06:58 02.12.2023
Siyasət
400
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib.
APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd edilib ki, Ermənistan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur.
“30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır.
Bu həmin Ararat Mirzoyandır ki, Vətən müharibəsi zamanı oktyabr ayında başqa bir ölkənin-Azərbaycanın suveren ərazilərində dayanaraq özünə “dahi sərkərdə” siması verib “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi açıqlamalar verirdi. 10 noyabr kapitulyasiya aktından sonra erməni xalqının qəzəblənərək küçələrə tökülməsinin bir səbəbi də yəqin Ararat Mirzoyan kimilərinin Vətən müharibəsi zamanı boğazdan yuxarı açıqlamaları idi.
Bir daha vurğulamaq istərdik ki, Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də daşnak və mağara təfəkkürlü erməni diplomatiyasıdır.
Ermənistanın son vaxtlar ortaya atdığı “Sülh kəsişməsi” təşəbbüsünə gəldikdə isə, ilk öncə qeyd etmək istərdik ki, layihədə nəzərdə tutulan kommunikasiyaların əksəri vaxtilə bizim yaşadığımız, sonradan deportasiya edildiyimiz ərazilərdən keçir. Bundan başqa, Ermənistan uzun müddətdir ki, regionda kommunikasiyaların açılmasına mane olur və bu narrativi dəyişmək, öz aləmində guya Azərbaycanın mövqeyini zəiflətmək üçün indi “Sülh kəsişməsi” kimi utopik bir ideyanı ortaya atmışdır. Ermənistanın bu layihəni reallaşdırmaq üçün heç bir imkanı yoxdur. Ermənistan hələ də utopiya ilə məşğuldur”, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdam sakini Füzulidə minaya düşərək həlak oldu
20:48 12.03.2026
Hadisə
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma...
20:35 12.03.2026
Futbol
“Azərbaycan sülh diplomatiyasının mərkəzindədir” - ŞƏRH
20:23 12.03.2026
Gündəm
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət