İcma: Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmağı tələb edirik
09:45 26.09.2024
Siyasət
423
Biz Şotlandiya Parlamentində deputat Kennet Qibson tərəfindən 2024-cü il sentyabrın 20-də təqdim edilmiş sənədi qətiyyətlə pisləyirik.
Sherg.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
"İlk növbədə vurğulamaq istəyirik ki, etnik təmizləmə və işğal ilə assosiasiya olunan “artsax” termininin sənəddə istifadəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.
Sənəddə Qarabağ ermənilərinin Azərbaycanın reinteqrasiya təklifini rədd edib, sərbəst şəkildə ölkəni tərk etməsinin zorla edilmiş hərəkət kimi təqdim edilməsinə çalışılır və digər əsassız iddialar irəli sürülür.
Sənədin müəllifi, Ermənistandan və işğal olunmuş Azərbaycan torpaqlarından etnik təmizləməyə məruz qalmış bir milyon azərbaycanlının taleyini tamamilə gözardı edir.
Eyni zamanda, sənəddə Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar, həmin ərazilərdə Ermənistan tərəfindən 1.5 milyon mina basdırılması barədə heç bir məlumat verilmir.
Bu sənəd həmçinin, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıdışına Ermənistanın mane olmasını görməzdən gəlir və onların qayıtmaq hüququnu mənfi şəkildə təqdim etməyə çalışır.
Ermənistanın yüzlərlə məscidi, saysız-hesabsız qəbiristanlığı və azərbaycanlılara məxsus digər mədəni irs nümunələrini məhv etməsi barədə də heç bir məlumat verilmir.
Bütün bu məqamlar göstərir ki, bu sənəd münaqişənin beynəlxalq hüquqa uyğun olaraq həll olunmuş olmasını qəbul etməyən və onu yenidən alovlandırmağa çalışan müəyyən qüvvələr tərəfindən aparılan beynəlxalq kampaniyanın bir hissəsidir.
Biz bu addımı qətiyyətlə pisləyirik və Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmağı tələb edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə