
İran o adamı edam etsə belə iki ölkə arasındakı problemləri həll olunmur- ŞƏRH
Yusif Nəzərli
10:41 09.03.2024
Siyasət
510
"Bir müddət öncə İrandakı səfirliyimizə hücum edən terrorçu barəsində birinci instansiya məhkəməsində ölüm hökmü çıxarılıb. Lakin edam cəzası hələ də icra edilməyib".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.
Analitik bildirib ki, prinsip etibarilə Azərbaycanın İranla heç bir problemi yoxdur:

"Əksinə iki ölkə arasında başda enerji sahəsi olmaqla bir çox sazişlər, razılaşmalar var. Bundan başqa, Azərbaycan Naxçıvana İran üzərindən keçid edir. İki ölkə arasındakı soyuqluq və gərginliyin səbəbkarı Tehrandır. İranın sərgilədiyi destruktiv mövqe Azərbaycanla münasibətləri sıfırladı. Səfirliyimizə edilən hücum isə münasibətləri bitirən başlıca faktor oldu. İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Azərbaycan səfirliyinin bərpa ediləcəyini desə də, terrorçu Yasin Hüseynzadə edam edilmədən buna getmək doğru deyil. İran əvvələr də bənzər formada sözlər verib, lakin əməl etməyib".
Ekspertin qənaətincə, İranın təkcə həmin şəxsi edam etməsi də iki ölkə arasındakı problemləri həll etmir:
"Rəsmi Tehran Azərbaycana qarşı kəskin siyasi ittihamları və imperialist siyasəti kontekstində proksi qüvvələri bəsləməkdən əl çəkməlidir. Əks təqdirdə mülayimləşmə müvəqqəti olacaq və perspektivdə daha ciddi problemlər yaranacaq. Bununla belə, səfirliyimizin fəaliyyətinin bərpa olunması müsbət məqamdır. Rəsmi Bakı mövcud gərginlik fonunda İranın hədə və siyasi təhdidlərindən qorxmadığını göstərdi. Azərbaycan dövlətinin iradəsi və prinsipiallığı İranı geri çəkilməyə vadar etdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm