İran uzağı görmür, düşünmür
Yusif Nəzərli
07:58 09.09.2022
Siyasət
515
Zamanla "səhralaşdırma siyasəti" türklərin bölgəsindən kürdlərin, farsların ərazisinə də keçəcək
Qlobal iqlim problemi bütün dünyaya təsir etməkdədir. Ekologiya məsələsi cənub qonşumuz İran, daha dəqiqi Cənubi Azərbaycan üçün də həssas və əsas mövzulardandır. Ölkənin su mənbələrinin vəziyyəti artıq narahatlıq doğurur. İranın Ətraf Mühit Nazirliyi ölkəyə real təhlükələri – hərarətin artması, yağıntıların və əlçatan su ehtiyatlarının azalmasını etiraf edib. Ölkədə su problemi ilə bağlı dəfələrlə iğtişaşlar baş verib.
2021-ci ilin may-iyun aylarında yer alan genişmiqyaslı aksiyalar nəticəsində 10 nümayişçi həyatını itirib, yüzlərlə insan yaralanıb. Sistan və Bəlucistan, Xuzestan kimi əyalətlərdə kəndlilər suvarma və ev heyvanları üçün yetərli su ehtiyatları olmadığından heyvanları kəsmək və heç də yaxşı durumda olmayan şəhərlərə köçmək məcburiyyətində qalıblar. İranın bəzi əyalətlərində, konkret olaraq şimaldakı Parsabad şəhərində buvaxtadək Araz çayının suyu içməli su qismində istifadə olunur. Bundan əlavə sudan təsərrüfat məqsədləri ilə geniş istifadə edilir. İran hökuməti su ehtiyatları çatışmazlığı probleminin sosial təlatümlər səbəbinə çevrilməməsi üçün səylər göstərir. Lakin təbii iqlim dəyişiklikləri ilə yanaşı, qonşu Ermənistan tərəfindən çirkləndirmə amili də İranın ekologiyasına yetərincə zərbə vurur. Ermənistan İran üçün Araz çayı kimi vacib olan su mənbəyini çirkləndirməyə davam etməklə vəziyyəti daha da mürəkkəbləşdirir. İranın Energetika naziri Reza Ardakaninanın dediklərinə görə, İran artıq neçə ildir, həm Qafqazda, həm də İranda ən vacib çaylardan olan Arazın Ermənistan tərəfindən çirkləndirilməsi prosesinin dayandırılmasına çalışır. Lakin bu səylər nəticə vermir. Araz çayı Ermənistan tərəfindən sistematik olaraq çirkləndirilir. Araz Azad iqtisadi zonasının rəhbəri Mohsen Narimar 2021-ci ildə bəyan etmişdi ki, İran və Ermənistan Araz çayının çirkləndirilməsinin monitorinqi üzrə işçi qrupunun fəaliyyətini bərpa edəcəklər. Lakin ölkələr birgə komissiyalar yaratsa da, regionun ən önəmli çayı İrəvanın acgözlüyü üzündən çirkləndirilməkdə davam edir. Rəsmi Bakı da dəfələrlə regionun ekoloji durumunu kritik həddə yaxınlaşdıran Ermənistanın məsuliyyətsiz mövqeyindən narazılığını ifadə edib.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, İranın havanın çirklənməsi və su problemləri son 30-40 ildə daha çox gündəmə gətirilir, təbliğ olunur. Çünki ötən əsrin 60-cı illərində dünyanın orta temperaturu təxminən 14, 2 dərəcə idisə, indi 15 dərəcədir:
"Çox ciddi problemdir. Şimal buzlu okeanda buz dağlarının əriməsi tədricən çayların qurumasına və ciddi su probleminə yol açıb. Bu artıq beynəlxalq fəlakətə çevrilməkdədir. Su bütün canlılar üçün həqiqətən həyat mənbəyidir. Əsas mənbəyin quruması insanlar da daxil olmaqla bütün canlılar üçün real problem yaradır. Bütün dünyada olduğu kimi Azərbaycanda və qonşu ölkələrdə də su problemləri müşahidə olunur. Regionun əsas su mənbəyi Araz və Kür çaylarıdır. Kür çayı qonşu Gürcüstan ərazisində çirkləndirilsə də, Mingəçevirdəki su anbarı çay suyunu təhlükəli çöküntülərdən, zərərli maddələrdən təmizləyir. Yəni Kür çayı kimyəvi emaldan sonra içməyə yararlı hala gətirilir. Amma Araz çayına axıdılan mis-molibden yataqlarının tullantıları, kükürdün su ilə birləşməsi ciddi təhlükə mənbəyinə çevrilir. Aran zonalarında xərçəng xəstəliklərinin yayılması da bununla bağlıdır".
C.Nuriyev vurğulayıb ki, Araz çayı əsas su mənbəyi olduğuna görə çayın təmizlənməsi üçün müəyyən addımlar atır:
"Ancaq problem ondadır ki, Ermənistan durmadan çayı çirkləndirir, özü də insan həyatı üçün zərərli, kimyəvi maddələrlə çirkləndirir. Tehran hökuməti isə çayı qəsdən çirkləndirən Ermənistanla qardaşlıq edir, onlara hər cür yardım göstərir. Ən əsas məsələ isə odur ki, İran rejimi özü Cənubi Azərbaycandakı quraqlıqdan, Urmiya gölünün qurumasından Azərbaycana qarşı terror kimi istifadə edir. Qəsdən həmin bölgəyə gələn çayların qarşısını kəsərək, su hövzələrinin qurumasına nail olurlar. Məqsəd orada yaşayan Azərbaycan türklərini bölgədən didərgin salmaqdır. Bu, çox məkirli və təhlükəli siyasətdir. Çünki sadəcə müəyyən bir əraziyə deyil, bütövlükdə İrana və regiona mənfi təsir göstərəcək. Zamanla "səhralaşdırma siyasəti" türklərin bölgəsindən kürdlərin, farsların ərazisinə də keçəcək. Molla rejimi uzağı görməli və düşünməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya