İranda “Şuşa”əvəzinə "Şuşi"yazıblar! - Təxribat, yoxsa təsadüf ? – AÇIQLAMA
Yusif Nəzərli
09:21 11.02.2022
Siyasət
1479
"Azərbaycan adlı bir dövlətin olmasına həmişə qarşı olublar. Qorxuları Güney Azərbaycandakı 40 milyon türklə bağlıdır”
“Farslar tarix boyu ad dəyişmək siyasətindən bilərək əl çəkmirlər”
“Azərbaycan torpağı olan Şuşanın adını hansısa küçədə yanlış olaraq "Şuşi" kimi qeyd etmək, sözsüz ki, hər iki ölkənin xalqı tərəfindən xoş qarşılanmır”.“Report” xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın “IRIB” xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib.“Bu cür yanlışlıqlara yol verilməsi mənfi presedent yarada bilər. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”, - səfir vurğulayıb.Xatırladaq ki, ötən ilin noyabr ayında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub (Bakı yerinə “Badikübə”, Şuşa yerinə “Şuşi”). Buna etiraz olaraq soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində “Azərbaycan” yazıblar.
Qeyd edək ki, küçələrin adlarına hələ də düzəliş edilməyib.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri Əjdər Tağızadə Azərbaycan dövlətinə qarşı farsların həmişə bu cür siyasət yürütdüyünü bildirib:
“İllərdir, bunu görürük. Sovet dönəmində və ondan sonrakı vaxtlarda da öz məkirli siyasətlərindən əl çəkməyiblər. Sovet sistemi dağılanda siyasətçiləri belə düşünürdü ki, ruslar buradan artıq gedir və əlverişli şərait yaranacaq. Azərbaycan müstəqil olandan sonra bir çox ölkələr onun suverenliyini qəbul etdi. İran isə son zamanlara qədər rəsmi yazışmalarda “Azərbaycan Cümhuriyyəti” demirdi. Sənin adın qondarma addır. Türklərdən oğurlamısınız. 1935-ci ildə "Qacar" adını dəyişib "İran" qoydunuz. Azərbaycan adlı bir dövlətin olmasına həmişə qarşı olublar. Qorxuları Güney Azərbaycandakı 40 milyon türklə bağlıdır”.
Ə.Tağızadə diqqətə çatdırıb ki, farslar həmişə ermənilərə kömək edib:
“Keçən ilin sonlarında Arazın kənarına qoşun yerləşdirlər. Bizi hədələdilər ki, Bakını “vura” bilərlər. Axırda da suları süzülə-süzülə geri döndülər. Gördülər ki, Arazın hər iki tərəfindən insanlar səslərini çıxardı, ordumuz, dövlətimiz ermənini cəzanlandırdı. Ermənilər icazləri olmadan Azərbaycanın işğal altında olan ərazilərində baraj, sədd qurdular. Prezidentimiz demiş, onlar terrorçudular. 44 günlük Vətən müharibəsindən sonra Laçın dəhlizindən Ermənistana, oradan Azərbaycana, Xankəndiyə keçirdilər. Azərbaycan hakimiyyəti reaksiya verəndən sonra elə davrandılar ki, guya dəyişiblər. Amma gördük ki, eyni beyindədilər. 97 ildir ki, qafaları belə formalaşıb. Bakıda ermənilərin əlaltıları vardı. Lakin çox az fəaliyyət göstərə bilirdilər. Buna görə də, yandaşlarına mesaj vermək üçün Azərbaycan adlarını dəyişirdilər”.
Birliyin rəhbəri İrandakı soydaşlarımızın vəziyyətindən bəhs edib:
“Dilləri əllərindən alınıb. Təbriz Qəzvin, Həmədan və s. yerlərdə dedilər ki, Tehran bölündü, biz iş istəyirik, pul istəyirik. Sonra İran deyir ki, bunun arxasında Azərbaycan və Türkiyə var. Vətəndaş adicə çörək istəyir. Sən heç onu vermirsən, konstitusiyana düzəliş etmirsən”.
Ə.Tağızadə qeyd edib ki, farslar tarix boyu ad dəyişmək siyasətindən bilərək əl çəkmir:
“Bir adı dəyişmək nədir ki? Bilərək dəyişmirlər. Çox kiçik görünürlər. Bunların bir mentaliteti var ki, isimləri dəyişib fərqli adlar qoymaq, saxta tarixlər yazmaq, farslaşdırma siyasəti aparırlar. 44 günlük Vətən müharibəsində ümid edirdilər ki, Rusiya Azərbaycana girib savaşacaq. Ordumuzun öz torpaqlarında hərəkət etməsinə mane olurdular. Min cür hiylə ilə millət arasın nifaq toxumu səpirdilər. Həm şimal, həm də cənubi Azərbaycan ayıqdır. Onların oyunlarına getməz”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya