
İrəvana ciddi olduğumuzu göstərməliyik - Ekspert
22:39 17.04.2024
Siyasət
481
Azərbaycan mövcud geosiyasi vəziyyəti nəzərə alıb Ermənistana delimitasiya prosesinə qaytarmaq üçün təzyiq edə bilər
"Azərbaycanın şimal və cənubunda - iki mühüm regionda münaqişələr alovlanıb. Hazırda cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycanın sərgiləyəcəyi mövqe, habelə hər iki regiondakı gərginliyin Cənubi Qafqaza sıçrama ehtimalları geniş müzakirə olunur". Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Analitikin fikrincə, bir münaqişənin aktiv fazaya keçməsi digərləri üçün də domino effekti yaradır:

"Yəni Rusiya-Ukrayna, İsrail-İran müharibələrinin Cənubi Qafqaza sıçrama ehtimalı var. Söhbət region ölkələrinin adıçəkilən münaqişələrə tərəf qismində qatılmasından deyil, öz münaqişlərinin aktiv fazaya keçməsindən gedir. Şübhə yox ki, hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi, genişmiqyaslı müharibə planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə isə ənənəvi olaraq Ermənistandan alət kimi istifadə edilir. Ermənistanın iki ölkənin şərti dövlət sərhədinə hərbi qüvvə cəlb etməsi, son günlər bir neçə dəfə atəşkəsi pozması, habelə 5 aprel Brüssel görüşü fonunda bölgədə gərginlik artıb. Aydın məsələdir ki, İran İsrailə hücum etməsəydi, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında gərginliyin yenidən alovlanması qaçılmaz olacaqdı. Ən azından Qərb hər vəchlə buna çalışırdı. Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirib və buna qarşı çıxır. Mübaliğəsiz demək olar ki, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Rəsmi Bakı delimitasiya prosesinin davam etməsində və sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır. Bununla belə, rəsmi İrəvanın delimitasiya prosesindən yayınması, sülh müqaviləsinin imzalanmasını uzatması gərginlik riskini artırır".
Ekspertin qənaətincə, Azərbaycan mövcud geosiyasi vəziyyəti nəzərə alıb Ermənistanı delimitasiya prosesinə qaytarmaq və sülh müqaviləsi istiqamətində danışıqları intensivləşdirmək üçün təzyiq edə bilər: "Xüsusilə tez bir zamanda Qazax, Tovuz istiqamətinə əlavə hərbi qüvvə cəlb etməklə İrəvana ciddi olduğumuzu göstərməliyik. Ermənistan bu xəbərdarlıqdan da dərs çıxarmasa, Qazaxın dörd kəndini işğaldan azad etmək üçün antiterror əməliyyatları başlaya bilər. Rəsmi Bakı üçün prioritet məsələ prosesin sülhlə həlli olsa da, hərb variantı da aktual olaraq qalmalıdır. İndiki məqamda İrəvan Qərbin başının Rusiya-Ukrayna, İsrail-İran müharibələrinə qarışdığını yaxşı bilir. Buna görə də Qazaxın kəndləri məsələsində geri addım ata bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur