
İrəvanda etimad görüşü: Sülh liderlərdən xalqlara keçir -ŞƏRH
Yusif Nəzərli
14:38 25.10.2025
Siyasət
602
Ermənistanda keçirilən görüşü sülh yolunda kiçik, amma əhəmiyyətli bir başlanğıc kimi qiymətləndirmək olar
Tural İsmayılov: Sülh yalnız liderlər arasında deyil, xalqlar arasında yarananda qalıcı olur
İrəvanda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində mühüm bir addım atılıb. İlk dəfə olaraq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bu görüş təkcə diplomatik masada deyil, həm də ictimai səviyyədə sülhə dəstəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
İki ölkə arasında etimadın möhkəmləndirilməsi prosesinin artıq siyasi dairələrlə məhdudlaşmaması, cəmiyyətlərin birbaşa ünsiyyət qurmağa başlaması yeni mərhələnin başlanğıcını göstərir.
Bakı ilə İrəvan arasında ilk çarter reysinin həyata keçirilməsi bu prosesi rəmzi mənada tamamlayır. İllərlə davam edən düşmənçilik atmosferindən sonra bu cür addımlar xalqlar arasında real ünsiyyətin və qarşılıqlı inamın bərpasına yönəlib. Ən önəmlisi isə budur ki, bu təşəbbüslər Qərbin vasitəçiliyi və ya diktəsi olmadan baş verir. Uzun illər ərzində Qərb institutları bölgədə “sülh təşəbbüskarları” rolunda çıxış edərək prosesə öz maraqlarını daşıyırdı. İndi isə Azərbaycan və Ermənistan öz iradələri ilə, heç bir kənar müdaxilə olmadan etimad quruculuğu istiqamətində real addımlar atırlar.
Siyasi ekspertlərin fikrincə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən bu görüş bir başlanğıcdır. Qarşıda isə uzun və çətin bir proses dayanır. Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülh şəraitində birgəyaşayış modelinə uyğunlaşması, illərlə formalaşmış düşmən obrazının dəyişməsi asan olmayacaq. Amma bu cür görüşlər cəmiyyətlərin bir-birini tanıması və qarşılıqlı ünsiyyətin bərqərar olması üçün mühüm baza yaradır.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov " Sherg.az-a açıqlamasında qeyd bildirib ki, İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşü sülh prosesi baxımından diqqətəlayiq hadisədir:

"İlk dəfə olaraq bu səviyyədə bir təmasın baş verməsi regionda yeni psixoloji mərhələnin başlanğıcını göstərir. Bu, dövlətlərarası danışıqların tamamlayıcı elementi kimi dəyərləndirilə bilər. Çünki rəsmi diplomatiya ilə yanaşı, ictimai diplomatiyanın da öz çəkisi var. Vətəndaş cəmiyyəti institutları cəmiyyətlər arasında etimadın bərpasında mühüm rol oynaya bilər. Lakin bu prosesin nəticə verməsi üçün real siyasi iradə ilə dəstəklənməsi vacibdir. Sadəcə simvolik jestlər sülhə gətirib çıxarmır. Ermənistanda revanşist dairələrin hələ də aktiv olması bu cür təşəbbüslərin davamlılığına risk yaradır. Azərbaycan cəmiyyətində isə sülhə açıq, lakin ədalətli və dayanıqlı sülh istəyən bir yanaşma formalaşıb. Ona görə də bu təmaslar qarşı tərəfin səmimiyyətini yoxlamaq üçün də fürsət rolunu oynayır. Əgər bu dialoqlar real etimad addımlarına çevrilərsə, prosesin dərinləşməsi mümkündür. Amma hələlik bu görüşü daha çox simvolik və psixoloji baryerlərin qırılması baxımından dəyərləndirmək lazımdır. Ən azı tərəflər bir-birini dinləməyə başlayır ki, bu, özlüyündə yenilikdir. Regionda uzun illər düşmənçilik mühiti hökm sürüb və onu bir-iki görüşlə dəyişmək mümkün deyil. Buna baxmayaraq, bu cür platformalar gələcək siyasi qərarların ictimai əsasını gücləndirə bilər. Əgər bu proses ardıcıl və səmimi davam etdirilərsə, diplomatik masadakı gərginlik də yumşalacaq. Sülh yalnız liderlər arasında deyil, xalqlar arasında yarananda qalıcı olur. Bu mənada, İrəvanda keçirilən görüşü sülh yolunda kiçik, amma əhəmiyyətli bir başlanğıc kimi qiymətləndirmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya