
İrəvanı növbəti dəfə ifşa etməliyik
Yusif Nəzərli
02:26 03.09.2022
Siyasət
557
Sülh danışıqlarının getdiyi bir zamanda Paşinyanın "təbrik məktubu" təxribatdır
Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdakı erməni terrorçularının “müstəqilliyini” elan etdikləri gün münasibəti ilə təbrik məktubu yayılıb. Paşinyanın məktubunda qeyd olunub ki, 1991-ci il sentyabrın 2-də qəbul edilmiş bu qərar “Bakıda, Sumqayıtda, Gəncədə törədilən qırğınların təzahürü olan “ekzistensial təhlükəyə” cavab idi. Baş nazir bildirib ki, qondarma rejimin yaradılması qərarı "Artsax" ermənilərinin "təhlükəsizliyinin və hüquqlarının müdafiəsi" üçün təminat kimi qəbul edilib. Təbrik məktubunda Paşinyan Birinci Qarabağ savaşı, Aprel savaşı və nəhayət, 44 günlük müharibəni də xatırladıb. Baş nazir ermənilərin hələ də “Dağlıq Qarabağ”da yaşamasına diqqət çəkib.

Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə bildirib ki, çox güman Baş nazir Nikol Paşinyan da bu məktubun heç bir əhəmiyyət daşımadığını gözəl anlayır. Partiya rəsmisinin sözlərinə görə, erməni baş nazirin "təbrik məktubu" daxili auditoriyaya hesablanmış addımdır:
"Məktubda xüsusi qeyd olunur ki, guya, Bakı, Sumqayıt və Gəncədə ermənilərə qarşı "qırğınlar" baş verib. Paşinyan "müstəqillik" qərarının bu "qırğınlara" cavab olaraq alındığını iddia edərək bir növ qondarma rejimə haqq qazandırmağa çalışır. Bunların hamısı uydurma olsa da, görünən odur ki, erməni tərəfi bu nüansdan hələ çox istifadə edəcək. Məqsəd Qarabağdakı erməni terrorçularına bəraət qazandırmaq və diplomatik danışıqlar masasına "rəsmi tərəf" kimi əyləşdirməkdir. Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, müəyyən addımların atıldığı bir zamanda Paşinyanın məktubu və oradakı ifadələr açıq-aşkar təxribatdır.
Məncə, İrəvanı növbəti dəfə ifşa etməliyik. Beynəlxalq təşkilatlara, Qərb ölkələrinə çatdırmalıyıq ki, Ermənistan sözdə razılaşmalara əməl edəcəyini desə də, əməldə başqa cür davranır. Heç bir "Artsax"dan, "müstəqillikdən" söhbət gedə bilməz.
Qarabağ Azərbaycanın tərkib hissəsidir və orada yaşayan, terrora bulaşmamış mülki ermənilər də Azərbaycan vətəndaşlarıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi