İsrail-Fələstin münaqişəsinə hansı dövlətlər sürüklənəcək? - "Domino effekti"
14:13 01.11.2023
Siyasət
557
“İsrailin baş naziri Netanyahu oxşar bəyanatlarla müharibənin ilk günlərindən etibarən çıxış edir və həmin çıxışlarda ən ağır şəkildə "Həmas"ın terror hücumuna cavab veriləcəyi bildirilir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Aytən Qurbanova İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışından danışarkən deyib. O bildirib ki, bu qarşıdurma hər iki tərəf üçün həlledici məqam ola bilər:
“Bu artıq İsrail-Fələstin (Həmas) müharibəsindən daha geniş kontekstdə qlobal güclərin hərbi-ideololoji qarşıdurmasının kuliminasiya nöqtəsinə çevrilib. Bir tərəfdən Fələstin və onun ərazi bütövlüyü prinsipini rəhbər tutaraq “iki dövlət” konsepsiyasını müdafiə edən Rusiya, Çin, Türkiyə kimi güclər, digər tərəfdə isə ABŞ-ın rəhbərliyi ilə İsrailin “bir dövlət” hədəfini dəstəkləyən koalision qüvvələr var. Eyni zamanda, hadisələrin gedişatı onu göstərir ki, İsrail bu bəyanatlardakı qətiyyətini bütün humanitar hüquq prinsiplərini gözardı edərək qorumağa davam etmək niyyətindədir. Belə ki, ilkin mərhələdə "Həmas"ın hücumunun qarşısı alına bilmədiyi üçün hərbi-siyasi nüfuzuna vurulan ziyanı quru əməliyyatlarını bütün müharibə qaydalarını kənara qoyaraq davam etdirməklə bərpa etmək istəyir. Həmçinin "Həmas"ın mübarizəsi Fələstinin gələcək mövcudluğu üçün son şans olaraq dəyərləndirilə bilər. Müharibənin artıq “domino effekti” ilə regiondakı digər münaqişə ocaqlarına da təsir etdiyini aydın şəkildə müşahidə edə bilirik. Nəticə etibarilə proseslər bu sürətlə davam etsə, nəinki İsrail-Fələstin münaqişəsi ilə bağlı, eyni zamanda münaqişələr bölgəsi olaraq xarakterizə edə biləcəyimiz Orta Şərqdə əsaslı dəyişiklərin şahidi ola bilərik”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu “Müharibə uzun çəkəcək, qalib gələcəyik” deyib.
“Bu, çətin müharibədir. Uzun çəkəcək. Mühüm nailiyyətlərimizlə yanaşı, ağrılı itkilərimiz də var. Biz bilirik ki, əsgərlərimizin hər biri bütöv bir dünyadır”, - o qeyd edib. B.Netanyahu İsrail xalqına zəfər barədə söz verib:
“İşi başa çatdıracaq, qələbəyə qədər davam edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial