İsraildə Ermənistanın təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib - FOTO
Yusif Nəzərli
16:22 23.09.2022
Siyasət
578
Aksiya “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı, Kiryat-Bialik şəhəri bələdiyyəsinin dəstəyi və şəhərin birinci vitse-meri Naxum Raçevskinin birbaşa iştirakı ilə baş tutub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Aksiya iştirakçıları Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların dayandırılmasını tələb edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çağırıb. Ölkəmizin ərazilərində erməni işğalçıları tərəfindən minaların basdırılması və mədəni irsimizin məhv edilməsinə etiraz səsi ucaldılıb.
Aksiya zamanı İsrail və Azərbaycan bayraqlarını dalğalandıran icmamız ivrit və ingilis dillərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibəni seçir!”, “Azərbaycan torpaqlarında erməni əsgərləri olmamalıdır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan minaları hərbi cinayətdir!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər.
Yerli sakinlərə Ermənistanın son təxribatı nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin adlarını və fotolarını əks etdirən bukletlər paylanıb, şəhidlərimizin xatirəsinə şam yandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm