İsrailli ekspert: “Ermənistan sülhə hazır deyil”
Yusif Nəzərli
15:06 13.09.2022
Siyasət
489
“Revanş həvəsi Ermənistana baş verənlərdən nəticə çıxarmağa imkan vermir”.
Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeləri möhkəm deyil, müxalifət onu daim zəiflikdə, İkinci Qarabağ müharibəsini uduzmaqda ittiham edir. Lider kimi öz imicini gücləndirmək üçün Paşinyan müxalifətin onu sürüklədiyi təxribata gedir”, - ekspert hesab edir.
O, Ermənistanın özü üçün heç bir nəticə çıxarmamasından təəssüfləndiyini bildirib və əlavə edib ki, “daim qisas almağa can atan, dayanmağı bilməyən insanlar var”:
“Paşinyan burnu ovulan kimi guya Azərbaycanı dayandırmaq xahişi ilə bütün dünya liderlərinə zəng vurmağa başlayır”.
“Mən Ermənistanda elə lider görmürəm ki, onunla razılığa gəlmək mümkün olsun. Paşinyan öz davranışı ilə mənim proqnozlarımın doğruluğunu bir daha sübut etdi. Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalamaq istəyinə baxmayaraq, Ermənistanda bunu edə biləcək lider yoxdur”, – politoloq bildirib.
Onun sözlərinə görə, Ermənistan sülhə hazır deyil və praqmatik arqumentləri başa düşmür.
“Beynəlxalq ictimaiyyətin nəsə edəcəyi ilə bağlı xülyalardan əl çəkmək lazımdır. Beynəlxalq birlik ən aciz konsepsiyadır. O, dünyanın bir çox qaynar nöqtələrində özünü göstərə bilmədi. Beynəlxalq platformalar heç bir sülh müqaviləsinə, heç bir davamlı sülhə gətirib çıxarmayıb”, - Finkel əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya