İtalyalı nazir müavinindən açıqlama: Çirielli Fransaya mesaj ötürür?
12:35 04.12.2023
Siyasət
618
İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev döyüş meydanında qalib gəlməsinə baxmayaraq, Azərbaycan əməliyyatları dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi danışıqlar yolu ilə həll etməyə çalışdı.
Bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib.
“Təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu”, - o bildirib.
Nazir müavini vurğulayıb ki, Ermənistan tərəfindən aparılmış müharibə, 30 il davam etmiş işğal beynəlxalq hüququ açıq şəkildə pozub və Ermənistan da bunu dolayı yolla qəbul edib. Halbuki Ermənistan gərginliyi başqa cür və daha əlverişli yolla aradan qaldıra bilərdi. Lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni özünün həll etməsinə gətirib çıxardı.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a söyləyib ki, Edmando Çiriellinin fikirlərində həqiqət payı var:
"Çünki Avropa Ermənistanı suni şəkildə dəstəkləməsə və bütün sülh görüşmələrində mərhələli həll planlarında arxayın etməsəydi rəsmi İrəvan daha konstruktiv mövqe tuta bilərdi. Yəni Ermənistan çalışardı ki, hansısa şəkildə Azərbaycanla raşılaşma əldə etsin. Məsələn, müharibədən öncə Azərbaycan ən azından ətraf rayonların qaytarılması təklifini irəli sürmüşdü. Daha sonra "Dağlıq Qarabağın" statusu məsələsinə baxıla bilərdi. Amma Ermənistan buna razılıq vermədi. Yekunda isə Azərbaycan müharibə yolu ilə bütün ərazilərini işğaldan azad etdi. Heç bir status məsələsi olmadı, eyni zamanda Qarabağda yaşayan ermənilər bölgəni tərk etdi. Ermənistan ictimaiyyəti isə bunu heyrət içərisində izlədi və dünyanın buna müdaxilə etməsini gözlədilər. Ancaq heç bir ölkə Ermənistanın yerinə Azərbaycanla döyüşəsi deyildi. Ermənistan ABŞ, Fransa, Rusiya və fərqli dünya ölkələrindən buna qarşı reaksiya gözlədi. Həmin ölkələr Ermənistana vaxtında Azərbaycanın torpaqlarını beynəlxalq hüquq çərçivəsində qaytarmağı bildirsəydilər, Nikol Paşinyan hakimiyyəti sülhlə bağlı daha yaxşı addımlar atardı və savaş olmaya bilərdi. Əlbəttə, burada, Ermənistanı qızışdırıb ortaya salan Qərb ölkələrinin, xüsusilə də Fransanın böyük rolu var".
Analitik qeyd edib ki, Edmando dolayı yolla Fransaya mesaj verməyə çalışır:
"Çünki Fransanın bu siyasətindən bölgə ölkələri çox əziyyət çəkib. Fransanın Liviyadakı suni müdaxiləsi də ölkənin bir neçə hissəyə parçalanmasına səbəb oldu. Fransa yenə Ermənistana zenit-raket kompleksləri, müasir artilleriya sistemləri göndərir. Rəsmi Paris bununla Ermənistanı Rusiyaya qarşı qaldırmağa çalışır. Ukrayna kimi Rusiya Ermənistana qarşı da hərbi əməliyyatlara başlasa, həmin ölkələr Nikol Paşinyan hakimiyyətini müdafiə edəcəkmi? Əgər belə deyilsə, 100 il ərzində niyə Ermənistanı qurban kimi istifadə edirlər? Birinci dünya müharibəsi zamanı da erməni xalqından bir alət kimi istifadə edərək kənara atdılar. Bütün bunlar, eyni zamanda Ermənistanın ikiüzlü siyasətinin nümayişidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya