İvanişvili ABŞ səfiri ilə görüşdən imtina edib

Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ABŞ-ın ölkəmizdəki səfiri Robin Danniqanla görüşdən imtina edib.

24News.ge xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfir görüşdə Tramp administrasiyasının mesajını təqdim etməli idi:

“Dövlət katibi Rubionun xahişi əsasında mayın 22-də səfir Danniqan Bidzina İvanişvili ilə görüş üçün müraciət edib. Görüşdə səfir Tramp administrasiyasının mesajını təqdim etməli və Gürcüstan hökuməti ABŞ ilə münasibətlərin yenidən qurulması üçün niyyətlərinin ciddiliyini nümayiş etdirmək üçün atmalı olduğu konkret addımları yenidən bildirməli idi. Biz ümid edirik ki, Gürcüstan hökuməti Amerika və Amerika xalqı ilə 33 illik tərəfdaşlığa və dostluğa səmimi şəkildə qayıtmaq istəyir”, - deyə səfirliyin məlumatında deyilir.