Keçmiş prezidentin qənaətləri mübahisəli ola bilər...
Turan
11:04 10.08.2019
Siyasət
1105
Amma Saakaşvilinin açıqlaması Cənubi Qafqazdakı geosiyasi mübarizəni açıq-aydın göstərir
Dağlıq Qarabağ məsələsində də biz bu yanaşmanın şahidi oluruq
“2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi zamanı Fransa Prezidenti Nikola Sarkozi özünü kloun kimi aparırdı”. Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
Saakaşvili bildirib ki, Sarkozi amerikalıların rolunu azaltmağa cəhd edirdi. Amerikalılar istəmirdi ki, müharibənin qarşısının alınması və Rusiya ilə danışıqlar missiyasını məhz o icra etsin:
“Sarkozi faktiki olaraq amerikalıları diplomatik prosesdən uzaqlaşdıraraq, ikili oyun oynadı. Gəlin belə deyək, bu missiyanın müsbət tərəfi Rusiyanın üzərinə qoşunların çıxarılmasına dair öhdəliyin qoyulması idi. Lakin digər tərəfdən bu missiyanın mənfi nəticələri də oldu. Belə ki o, amerikalıları buradan ayrı tuta bildi, Rusiyaya təhlükəsizlik zonası verdi.
Sarkozinin davranışının ən pis hissəsi o idi ki, fransız lider bir neçə il sonra bağlanan razılaşmanı unutdu. O, bu razılaşmanı Rusiyadan alacağı “Mistral”lara dəyişdi”. Saakaşvili Almaniyanı da mövqeyinə görə tənqid edərək, məhz Berlinin avqust müharibəsi dönəmində ruslara azad hərəkət etmək imkanı verdiyini deyib.
Saakaşvili Rusiyanın avqust müharibəsi zamanı Batumini ilhaq etməməsinə əsas səbəb kimi isə Türkiyəni göstərib: “Hələ heç kim Rusiyanın Gürcüstanı tam işğala başlayacağı zaman necə hərəkət edəcəyini, Ərdoğanın planının nə olduğunu bilmir. Amma o zaman Türkiyə ordusu sərhədə toplanmışdı. Məhz bu səbəbə görə Rusiya Batumini işğala cəhd etmədi”.
Eks-prezidentin sensasiyalı açıqlamalarını dəyərləndirən siyasi şərhçi Zaur İbrahimli deyib ki, Saakaşvilinin sözləri Cənubi Qafqaz regionunda geosiyasi mübarizə, aparıcı ölkələrin yanaşması və mövqelərin öyrənilməsi baxımından çox maraqlıdır: “Saakaşvilinin dediklərində nə qədər həqiqət payının olması ilə bağlı mübahisə etmək olar. Amma keçmiş prezidentin qənaətləri və dedikləri bütövlükdə realpolitik yanaşmanın Cənubi Qafqaz timasalında necə tətbiq olunduğunu göstərir.
Dağlıq Qarabağ məsələsində də biz bu yanaşmanın şahidi oluruq. Bu baxımdan kiçik ölkələr, xüsusən əraziləri işğala məruz qalan Azərbaycan üçün ən böyük güc mənbəyi elə onun xalqının, vətəndaşların mübarizə əzmidir. Digər amillər bir qayda olaraq ötəri xarakterə malikdir və kiçik ölkələrin nəzarətdə saxlanılmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm