
Klassik “siyasi partiya” modeli artıq işləmir - RƏY
16:08 13.10.2025
Siyasət
301
Gələcəyin siyasi təşkilatı ağlın, texnologiyanın və ictimai enerjinin sintezi üzərində qurulacaq
"1990-cı illərin partiya modeli ilə fəaliyyət göstərmək cəhdi, əslində, zamanın çağırışlarını anlamamaq və yeni siyasi mədəniyyətə uyğunlaşmamaq deməkdir".
Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partriyasının sədr müavini Vasif Əfəndiyev deyib. Ekspert bildirib ki, gələcəyin siyasi partiyası ağlın, texnologiyanın və ictimai enerjinin sintezi üzərində qurulacaq:

"Partiyaya üzvlük artıq formal qeydiyyat deyil, etimad, dəyər və iştirak mədəniyyəti əsasında formalaşacaq. Yəni siyasi partiyaya üzvlük müstəqilliyimizin ilk illərində yaranan model bu günün tələbinə uyğun gəlmir. Partiya vəsiqələri, üzvlərinin sayının artırılması, üzvlük haqları, yerli təşkilatlarda keçirilən konfranslar bu gün üçün işlək deyil. Siyasi partiyalar, hətta əllərində bütün inzibati resuslar olan hakim partiyalar bu gün həmin prosesləri formal olaraq həyata keçirirlər. Bu, müasir dövrün sosial-siyasi tələbidir. Yeni nəsil partiya üzvü isə fərdi düşünən, sosial məsuliyyətli və rəqəmsal fəal vətəndaşdır. 1990-cı illərdə qurulmuş siyasi partiyalaşma modeli, yəni ideoloji şüarçılıq, lider-mərkəzli idarəetmə və inzibati resurslara söykənən mexanizm bu günün şəffaf və rəqəmsal cəmiyyətində artıq işləmir. Yeni nəsillər partiyanı hakimiyyət qazanmaq vasitəsi kimi deyil, ictimai dəyərlərin həyata keçirildiyi platforma kimi qavrayırlar. Yeni dövrdə partiya üzvü sadəcə formal üzv deyil, sosial məsuliyyətli, fərdi düşünən və rəqəmsal bacarıqlara malik aktiv vətəndaşdır. Belə bir siyasi model ənənəvi partiya strukturlarının şəffaf kommunikasiya, ictimai müşavirə və kollektiv intellekt prinsipinə keçidini zəruri edir".
Analitik əlavə edib ki, Böyük Britaniyada ənənəvi partiyalar on minlərlə aktiv üzvü deyil, onlayn dəstəkçiləri və kampaniya könüllüləri üzərindən fəaliyyət göstərir:
"2010-cu illərdən etibarən “digital membership” anlayışı formalaşıb. Yəni şəxs real üzv deyil, amma internet üzərindən partiyanın siyasətinə səs verə, ianə edə və sosial aksiyalara qoşula bilir. Almaniyada gənclərin partiya marağı azalır, onların yerinə vətəndaş təşəbbüsləri yaranır. Nəticədə formal üzvlük azalır, mövzuya əsaslanan siyasi fəallıq artır. Fransada gənclər, sosial media vasitəsilə məqsədyönümlü hərəkatlara üstünlük verirlər. ABŞ-də partiyaya rəsmi üzvlük anlayışı çox zəifdir, vətəndaşlar adətən seçici kimi qeydiyyatdan keçmə yolu ilə öz mənsubiyyətini göstərirlər. Burada ön planda fərdi liderə, kampaniyaya və dəyərlərə bağlılıq dayanır. ABŞ-də müasir siyasət partiya ideologiyasından çox, lider və ideya üzərində formalaşır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya