Kreml heç vaxt imzasına hörmət etməyib
Yusif Nəzərli
22:22 12.09.2022
Siyasət
510
Rusiya mediasında yenə anti-Azərbaycan yelləri əsəcək
Azərbaycan ilə Rusiya arasında hökumətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı haqqında saziş təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərəcək. Saziş 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanıb. Mütəxəssislərin sözlərinə görə, burada informasiya boşluğundan və texniki təhlükəsizlikdən söhbət gedir. Dünyanın inkişaf etmiş ölkələri belə kiber təhlükəylə üzləşirlər. Azərbaycan da bu təhdidlərlə mübarizə aparmaq məcburiyyətində qalır. 44 günlük müharibə başa çatsa da, informasiya cəbhəsində müharibə bitməyib. Dövlətin strateji qurumlarının informasiya təminatını həyata keçirən saytlara kiber hücumlar təşkil olunur.
Həmçinin, ölkəmizlə bağlı qərəzli, cəmiyyətdə çaşqınlıq yaradan informasiyalar yayırlar. Müharibə və sonrakı dönəmdə Rusiya mətbuatında ölkəmizə qarşı çirkin kampaniya aparıldı. Onların arxasında təbii ki, erməni lobbisi dayanırdı. Lakin hücumlar Rusiyadan edilirdi. Rusiyanın bəzi media qurumlarında Azərbaycanda informasiya çaşqınlığı yaratmaq məqsədilə qərəzli yazılar dərc olunurdu.
Bunlar da kiber təhlükəsizliyə aid məqamlardır. Biz heç bir halda başqa ölkənin daxili işlərinə, xarici siyasətinə qarışmırıq. Ölkəmizə qarşı neqativ addımlar atılsa da, Azərbaycan sağlam əməkdaşlıq yolunu seçir. O baxımdan hesab edilir ki, dövlətlərlə müqavilə imzalayaraq təhlükənin müəyyən qismini aradan qaldırmaq mümkündür. Lakin Rusiya ilə bağlı tərəddüdləri olanlar da az deyil.
Media eksperti Azər Həsrət "Şərq"ə bildirib ki, Rusiya ilə imzalanan sazişə bir qədər şübhəli yanaşmaq lazımdır. Ekspertin fikrincə, Rusiya elə bir dövlətdir ki, öz öhdəliklərinə əməl etməməsi ənənəsi formalaşıb. Azərbaycan Prezidenti deyir ki, "Sözümüz imzamızdır" və məsələ bununla həll olunur. Hətta rəsmi sənəd imzalanmasa belə Azərbaycan dövlət başçısının sözü artıq məsələnin həlli və öhdəliyin yerinə yetiriləcəyi deməkdir. Amma Rusiyada belə ənənə yoxdur. O baxımdan Rusiya ilə imzalanmış sazişlə bağlı çox da xoş ifadələr işlədə bilmirik. Xatırlayırsızsa, saziş imzalanandan dərhal sonra Rusiya mediasında anti-Azərbaycan yelləri əsməyə başladı. Halbuki, Rusiya hökuməti nəzarətində olan media quruluşlarına tapşırıq verərdi ki, "Azərbaycanla saziş imzalamışıq, bu cür neqativ hərəkətlərdən çəkinin". Lakin əfsuslar ki, əksini müşahidə etdik. Xüsusən, M.Simonyanın başçılıq etdiyi media qurumları anti-Azərbaycan kampaniyasını bu gün də davam etdirirlər. Özü də təkcə Rusiya daxilində deyil, bir neçə başqa ölkələrdə də çirkin fəaliyyətlərini sürdürürlər. Ermənistandakı "Sputnik Armeniya" erməni mediası kimi Azərbaycana qarşı kampaniyalarda başda gedir. Ona görə də Rusiya ilk növbədə sazişdən irəli gələn tapşırıqları yerinə yetirməlidir. Nəticələrin necə olacağını zaman göstərəcək. Hələlik mən çox ümidli deyiləm. Məşhur deyim var: - "Ruslarla imzalanmış istənilən müqavilə su üzərinə yazılmış yazı kimidir". Rusiya dövləti özünə hörmət edirsə, bu sazişdən irəli gələn öhdəliklərinə əməl etməlidir. Əks təqdirdə Azərbaycanın atacağı addımlar bəllidir. Ümid edək ki, heç olmasa, bu anlaşmadan sonra Rusiya anti-Azərbaycan kampaniyalarını dayandıracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm