Kremlin istəyi aydındır - Elxan Şahinoğlu
Yusif Nəzərli
06:39 26.07.2023
Siyasət
347
Rusiya Ukrayna müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ancaq Çinin dəstəyinə ümid edir
Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var. Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasına tərəfdar olduğunu bildirib. Rusiyanın baş diplomatı Moskvanın Asiya, Afrika və Latın Amerikası ölkələrinin hesabına Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasını dəstəklədiyini də vurğulayıb. S.Lavrov Təhlükəsizlik Şurasının 15 üzvündən 6-sının Avropaya məxsus olmasını ədalətsizlik kimi qiymətləndirib. Xatırladaq ki, BMT baş katibi Antonio Quterriş də ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması ilə bağlı imkanların öyrənildiyini bildirmişdi.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Kremlin istəyi aydındır. Onun sözlərinə görə, Rusiya Ukrayna müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ancaq Çinin dəstəyinə ümid edir: "Digər üzvlər - ABŞ, Fransa və Böyük Britaniya isə Kremlə qarşı sərt mövqedən çıxış edirlər. Moskva Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasının üzvlüyünə dəstək verir. Halbuki Türkiyə də Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdır. Moskva Ankara ilə tərəfdaşlıq münasibətlərinə malik olsa da, Rusiyanın Türkiyənin Təhlükəsizlik Şurasının üzvlüyünə dəstəyi barədə məlumat yoxdur. Təhlükəsizlik Şurasının üzvlüyünə böyük iqtisadi potensialları olan Almaniya və Yaponiya da iddialıdır. Ancaq Kreml bu iki dövlətin Təhlükəsizlik Şurasının daimi üzvü olmasına imkan verməyəcək. Çünki həm Almaniya, həm də Yaponiya ABŞ-nin müttəfiqləridir və BMT-dəki müzakirələrdə və səsvermələrdə Vaşinqtonun mövqeyini dəstəkləyəcəklər".
Ekspertin fikrincə, Pekin BMT Təhlükəsizlik Şurasının sayının artırılmasının əleyhinə deyil. Ancaq Pekin yeni üzvlərin konsensus əsasında müəyyənləşməsini istəyir: "Bu o deməkdir ki, Pekin Moskvadan fərqli olaraq Hindistanın Təhlükəsizlik Şurasının daimi üzvlüyünə razı deyil. Halbuki Hindistan əhalinin sayına görə lider ölkədir. Pekin ancaq o ölkələrin Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləyəcək ki, onlar birincisi, Amerika Birləşmiş Ştatlarının müttəfiqləri deyillər, ikincisi də Çinin xarici və təhlükəsizlik siyasətini tənqid etmirlər. Məsələn, Çin Braziliyanın və ya Misirin Təhlükəsizlik Şurasının üzvlüyünə etiraz etməz. Ancaq Pekin Moskva kimi Yaponiyanın da üzvlüyünə dəstək verməyəcək. Pekin Türkiyənin də üzvlüyünə müsbət yanaşmaz. Çünki Çində uyğurların üzləşdikləri problemlər Türkiyə cəmiyyətinin narahatlığına səbəb olub".
Xəbər lenti
Hamısına bax
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol
Telefonu yastığın altında şarj etmək təhlükəlidir
07:17 15.09.2026
Texnologiya