KTMT-nin iclasında baş verən detallar gizlədilir
Yusif Nəzərli
07:58 15.09.2022
Siyasət
448
Qazaxıstan, Qırğızıstan və Tacikistan Azərbaycana görə digər üzvlərlə mübahisə ediblər
Qazaxıstan sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi məsələsi gündəlikdə yoxdur. Bu barədə Qazaxıstan Xarici işlər naziri Muxtar Tleuberdi açıqlama verib. Onun sözlərinə görə, ilk addım Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının işinin bərpa edilməsidir: "Biz quru sərhədlərimizi və dəniz sərhədlərimizi tam demarkasiya etdiyimiz üçün öz təcrübəmizi tərəflərlə bölüşə bilərik. Demarkasiya Rusiya istisna olmaqla, bütün qonşularımızla yekunlaşıb. Rusiya ilə demarkasiya yəqin ki, daha 2-3 il vaxt aparacaq”.
Politoloq Zaur Məmmədov deyib ki, Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nin iclasında Azərbaycana görə digər üzvlərlə mübahisə ediblər. Analitik bildirib ki, iclasla bağlı bəzi məqamlar gizlədilib:
"İclas haqqında ilkin mətn rəsmi saytdan bir neçə dəqiqə sonra silinərək yenisi ilə əvəz olunub. Görüşün yekunlarına dair ilkin versiyada aşağıdakılar qeyd olunurdu: - "KTMT-nin Qərargah və Katibliyinin iştirakı ilə dünən baş tutan iclasda Azərbaycana və Türkiyəyə qarşı sərt fikirlər səsləndirilib. Rusiyanın KTMT-dəki daimi təmsilçisi Mikael Aqasandyan Azərbaycan və Türkiyənin guya NATO ilə birlikdə vəziyyəti gərginləşdirməsinə icazə verməyəcəklərini, bölgəyə hərbi kontingentin göndərilməsinin lazımlığını qeyd edib. Belarus nümayəndəsi Aqasandyanın fikri ilə razılaşıb". Lakin Qazaxıstan, Qırğızıstan və Tacikistan etiraz edib, yuxarıda deyilənləri birtərəfli fikir adlandırıblar. Bu cür qərara dəstək verməyəcəklərini bildiriblər. Bundan sonra Mərkəzi Asiya dövlətlərinin fikri ortaq qərar kimi qəbul edilib, abzaslar silinib və iclasda neytral mövqenin qəbul edildiyi bəyan olunub. Aydın məsələdir ki, Mikael Aqasandyan erməni etnik mənsubiyyətinin maraqlarından çıxış edərək subyektiv fikir söyləyib. Lakin öz məqsədinə çatmayıb. Çünki Moskva tərəfindən də balanslı bəyanat verilib. Hər halda bu hadisələr göstərdi ki, Ermənistanın üzvü olduğu təşkilatlarda belə heç bir çəkisi yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya