Lukaşenko Qarabağda müharibənin səbəbi haqqında: “Əliyevə başqa çıxış yolu qoymadılar”
Yusif Nəzərli
10:43 01.11.2022
Siyasət
384
“Qarabağ ətrafındakı vəziyyətdə Azərbaycan Prezidentinin başqa çıxış yolu qalmadı”.
Bu barədə bu gün - noyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zasla görüşündə deyib.
Belarus lideri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə suala niyə belə kəskin reaksiya verdiyini və ölkəsinin mövqeyinin nəyə əsaslandığını görüşdə açıqlayıb:
“Vaxtilə biz növbəti dəfə KTMT-yə sədrlik edəndə mən bu məsələni qaldırdım. İlham Əliyevin yanına getdim, onunla danışdım. Dostcasına danışdım. Mən ona zarafatyana belə bir sual verdim: “İlham Heydər oğlu, əgər razılaşsanız, Ermənistana kömək edərdik”.
Söhbət Ermənistanın işğal etdiyi rayonlardan gedirdi. Ermənilər etiraf etdilər ki, bu, bizim yox, Azərbaycanın torpaqlarıdır. Elədisə, onda onları qaytarın! Əgər mən bunu deyəndə o rayonları qaytarsaydılar, bu müharibə də olmazdı. Onda nə Serj Sarqsyan, nə də sonra Nikol Paşinyan buna razı olmadılar. Mən iki dəfə bu məsələni qaldırmışam”.
Lukaşenko hesab edir ki, Əliyevin “güc tətbiq etməkdən başqa yolu qalmadı”.
Mənbə: Eadaily.com
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə