
Macarıstan vetosu formal olaraq qalacaq - POLİTOLOQ
03:58 07.10.2025
Siyasət
314
Yeni Aİ mexanizmi ilə Ukrayna və Moldova üzvlüyə yaxınlaşır
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üçün 27 üzv dövlətin hamısının razılığı tələb olunur. Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, Macarıstan digər 26 ölkənin mövqeyinə əhəmiyyət vermir. Orban vurğulayıb ki, macarlar ukraynalılarla birlikdə Avropa İttifaqında olmaq istəmirlər: "Mən bununla razıyam, çünki əgər kiminləsə ittifaqda olursunuzsa, onun taleyini də bölüşməlisiniz".
Macarıstanın baş naziri bildirib ki, ölkəsi başqalarının yükünü öz üzərinə götürməməlidir: "Onların taleyi Rusiya ilə yanaşı yaşamaq və ruslarla daim münaqişədə olmaqdır. Biz bunu dəyişə bilmərik. Onların əzablarını öz üzərimizə götürməyin isə heç bir faydası olmayacaq". "Financial Times" Brüsseldəki mənbələrə istinadən məlumat yayıb ki, Avropa İttifaqının rəhbərliyi Ukrayna və Moldova ilə üzvlük istiqamətində texniki işlərə başlamağa hazırlaşır. Ukrayna 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalının başlamasından bir neçə həftə sonra Aİ-yə üzvlük üçün müraciət etmişdi. Az sonra Moldova da eyni addımı atdı. Hər iki ölkə ötən il Avropa İttifaqı ilə rəsmi danışıqlara başlamışdı. Lakin həmin vaxtdan bəri Macarıstan hökuməti bu prosesin irəliləməsinə mane olur.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında deyib ki, Avropa İttifaqına üzvlük üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunur. Ekspert bildirib ki, Avropa Komissiyası vəziyyətdən çıxış üçün qaydalara dəyişiklik təklif edib:

"Yeni mexanizm Macarıstanın vetosunu dolayısı ilə neytrallaşdırmağa hesablanıb və müxtəlif “klasterlər” üzrə texniki işlərin başlanmasını nəzərdə tutur. Bu isə rəsmi qərar qəbul edilməsə belə, inteqrasiya prosesinin faktiki olaraq işə düşməsi deməkdir. Brüsselin bu gedişi həm daxili, həm də kənar qüvvələrin müqavimətini neytrallaşdırmağa yönəlib. Bu qərar ilk növbədə Macarıstanın vetosunu formal olaraq saxlayıb, praktik təsirini zəiflətməyə imkan verəcək. Ukrayna və Moldova rəsmi şəkildə ittifaqa üzv qəbul edildikdən sonra bir çox imkandan faydalana biləcəklər. Macarıstan hökuməti isə Rusiya ilə münasibətlər və NATO-ya yaxınlaşmaq siyasətinə görə Ukraynanın alyansa üzvlüyünə qarşı çıxır. Rəsmi Budapeştin bu məsələlərdə fərqli mövqe ortaya qoyması onunla Brüssel arasındakı münasibətlərə də mənfi təsir göstərir".
Z.Əmrəliyev vurğulayıb ki, İttifaq rəhbərliyi Macarıstana qarşı təcrid siyasəti həyata keçirsə də, Baş nazir Viktor Orban öz mövqeyini qorumaqda davam edir:
"Təklif edilən bu üsul "de-fakto inteqrasiya" prosesini işə salır, yəni rəsmi üzvlük olmasa belə, real uyğunlaşmanın baş tutması nəzərdə tutulur. Bu isə gələcəkdə Ukrayna və Moldovanın tez bir zamanda ittifaqa üzvlüyünə zəmin hazırlayır. Çünki başlanan yeni proseslə bu ölkələr Avropa İttifaqının şərtlərinə cavab vermiş olacaqlar. Qəbul edilmiş yeni qərarla Macarıstanın vetosu formal olaraq qalacaq. Bu addım eyni zamanda Rusiya üçün də açıq bir geosiyasi mesajdır. Artıq Aİ, postsovet məkanındakı təsir dairəsini genişləndirməkdə qərarlıdır. İttifaq dövlətlərinin qəbul etdiyi bu qərar Brüsselin Moskva qarşısında güclənməsinə səbəb ola, eyni zamanda Ukrayna məsələsində Aİ-nin mövqeyini xeyli gücləndirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm