Mahmud Neqm: Fransada islamofobiyanın təzahürləri getdikcə artmaqdadır
11:22 09.03.2024
Siyasət
445
Avropa ölkələrində, xüsusilə Fransada islamofobiya təzahürləri getdikcə artmağa davam edir. Bunun nəticələri isə uzunmüddətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Baş Müftisinin baş müşaviri Şövki Əllam və Dünya üzrə Fətva Orqanları üzrə Baş Katibliyin katibi İbrahim İbrahim Mahmud Neqm Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.
O bildirib ki, islamofobiya müsəlmanlar və İslam ilə bağlı konkret olaraq səhv və dezinformasiyanın nəticəsidir. Saxta dindarlara İslamla bağlı fikirlər yaymasına imkan yaratmaq olmaz.
İslamofobiya ilə mübarizədə monitorinq və müşahidənin önəmindən bəhs edən Mahmud Neqm vurğulayıb: “İlk növbədə, bu cür hadisələrin monitorinqi aparılmalıdır. Güclü administrasiyamız, monitorinq mexanizmlərimiz olmalıdır ki, islamofobiya ilə bağlı bütün hadisələri izləyib təhlil edə bilək.
Din xadimlərinin islamofobiyaya qarşı mübarizə apara bilmələri üçün potensiallarının gücləndirilməsi üçün alətlər yaratmalıyıq. Nüfuzlu universitetlərlə əməkdaşlıq etməliyik ki, islamofobiyaya və nifrət nitqinə tutarlı cavab verə bilək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə