
"Makron ikili oynayır" - ŞƏRH
Yusif Nəzərli
15:32 18.05.2024
Siyasət
457
"Fransa prezidenti Emmanuel Makron və onun komandasının son qərarları strateji tərəfdaşlarının naharatlığına səbəb olub. ABŞ və digər Avropa ölkələri Fransa polisinin Yeni Kaledoniyada tökdüyü qanlara göz yumsalar da, Makronun Çin və Rusiya siyasətindən narahatlılqarını gizlətməyiblər. Deməli Emmanuel Makron bir tərəfdən Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə çağırır, Ukraynaya ordu göndərməyə hazır olduğunu bildirir, o biri tərəfdən ABŞ və Böyük Britaniya qüvvələrinin 80 il əvvəl Fransanın Normandiya sahillərinə daxil olmaları yubileyinə Rusiya təmsilçilərini də dəvət edib".

"Sherg.az" xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, ABŞ və Böyük Britaniya qüvvələrinin nasist Almaniyasının işğalı altındakı Fransaya daxil olmaları ilə İkinci Dünya müharibəsində ikinci cəbhə açılmış oldu:
"SSRİ şərq cəbhəsində nasist Almaniyası ilə savaşırdı. Yəni Makron ikinci cəbhənin açılması tədbirlərinə Rusiya nümayəndə heyətini dəvət etməyə də bilərdi. Rusiyanın bu tədbirə aidiyyatı yoxdur. Bunun özü göstərir ki, Makron ikili oynayır.
ABŞ-ın “Politico” nəşrinə açıqlama verən ABŞ Administrasiyasının rəsmiləri Fransanın tədbirə Rusiyanı dəvət etməsini anlamadıqlarını bildiriblər. Oxşar açıqlama Böyük Britaniyanın hökumət mənbələrindən də yayımlanıb. ABŞ və Böyük Britaniya rəsmiləri Makronun ikili oyunun belə dəyərləndiriblər: “Görünür, Makron özünü münaqişənin üstündə görür və sülhməramlı olacağına ümidlidir”. Çin lideri Si Cinpinin Qərbi Avopa ölkələri arasında Fransaya səfərə üstünlük verməsi də Vaşinqton və Londonda ciddi suallar yaradıb".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya