
Millət vəkili: "Misir səfəri Azərbaycanın dünya siyasətində çəkisini nümayiş etdirir"
09:57 13.10.2025
Siyasət
308
"Bu səfər Azərbaycana olan yüksək diqqətin, etimadın və beynəlxalq nüfuzun bariz göstəricisidir"
"Prezident İlham Əliyevin ABŞ dövlət başçısı Donald Trampın və Misir Ərəb Respublikasının rəhbəri Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Misirə səfəri Azərbaycana olan yüksək diqqətin, etimadın və beynəlxalq nüfuzun bariz göstəricisidir".
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi, regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb:

"Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib. Bu ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Misirə həyata keçirilən bu səfər yalnız rəsmi xarakter daşımır. Bu, həm də Azərbaycanın ərəb ölkələri və ABŞ ilə münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin sübutudur. Azərbaycanın beynəlxalq arenadakı fəallığı, xüsusilə Yaxın Şərqdə sülh, sabitlik və quruculuq proseslərində artan rolu, ölkəmizin uğurlu, çoxşaxəli və balanslı xarici siyasət xəttinin növbəti təsdiqidir. Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya