Milyarder Vardanyan imkanlı erməniləri Xankəndiyə çağırır
Yusif Nəzərli
05:34 03.09.2022
Siyasət
549
Bu təxribatın arxasında yenə Rusiyadakı siyasi dairələr dayanır
Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Qarabağa köçmək qərarına gəlib. Vardanyan deyib ki, üzərinə hansı riskləri götürdüyünü anlayır və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək istəyir: "Bu qərarı vermək mənim üçün asan olmadı, lakin belə düzgündür”. Qeyd edək ki, “Forbes” 2021-ci ildə Ruben Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib. O, “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi və sabiq sahibidir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu 1 milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə yerləşməsinə sıradan hadisə kimi baxmır. Ekspertin fikrincə, bu, 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti və yaxşı planlanan təxribatdır:
"Vardanyanın Qarabağdan rus dilində yaydığı paylaşımını izlədim. O, həmin paylaşımda digər imkanlı erməniləri də Qarabağa köçməyə çağırıb. Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan Ordusunun nişangahında olan bölgəyə köçsün ki? Əksinə, imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. Digər tərəfdən Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda gərək Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Koçaryan və Serj Sarkisyan qayıtmalıydı. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verdilər. Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır. Deməli, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan Ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir".
Analitikin qənaətincə, Vardanyan Rusiyadan qazandığı pulları Qarabağın ermənilərin nəzarətində olan hissəsində xərcləməyə başlayacaq:
"Moskva qondarma lider Araik Arutyunyanı Ermənistanın Baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Araik Arutyunyanı Ruben Abramyanla əvəz etmək etmək planının varlığını istisna etmək olmaz. Araik Arutyunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq. Ruben Vardanyanın “Qarabağa gəlin” çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Laçına alternativ yol tikdik, orda da əli silahlı ermənilər peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək. Ancaq Ruben Vardanyanın siyasi gedişinə hansısa azərbaycanlı oliqarxın da öz biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi