
Minsk qrupu de-fakto siyasi arenadan silinib - ABŞ-ın mənasız cəhdləri...
Yusif Nəzərli
10:21 27.08.2022
Siyasət
556
“Həmsədr ölkələr 28 il ərzində işğala son qoymaq yollarını aramaqdansa, ədalətsizliyi ört-basdır etməklə məşğul oldular. Üçlüyün təzyiqlərinə baxmayaraq, Azərbaycan işğalla barışmadı”. Bu sözləri “Sherg.az"aVəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, 28 il davam edən təcavüz və atəşkəsdən maksimum yararlandıq, nəticə göz qabağındadır: “2020-ci ilin payızından etibarən tamamilə nüfuzdan düşmüş Minsk qrupu de-fakto siyasi arenadan silinib. Onu ABŞ-ın yenidən diriltmək cəhdi uğursuz olacaq. Azərbaycan tərəfi Minsk qrupunun hansısa fəaliyyətinə razılıq versə də, bu yalnız sırf texniki və humanitar məsələlərə aid olmalıdır. Həmsədrlik institutu gələcəkdə Ermənistanla münasibətlərin qurulmasına, Zəngəzur dəhlizinin açılmasına və mədəni əlaqələrin yaradılmasına xidmət edə bilər”.

Analitikin qənaətincə, ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyin etməsi regionda varlığını isbatlamaq məqsədi daşıyır: “Son bir ayda Azərbaycanın Qarabağ iqtisadi rayonunda aktivliyi, Ermənistanı 10 noyabr sazişinin bəndlərini icra etməyə məcbur etməsi, həmçinin, Rusiyanın müttəfiqlik sazişinə sayğı göstərməsi ABŞ-ı narahat etməyə bilməzdi. Görünür, Amerika hansısa formada yekun sülh razılaşmasında iştirak etmək niyyətindədir. Lakin bizim üçün münaqişə bitib. Heç bir beynəlxalq təşkilatın yenidən araya girərək razılaşdırılmış anlaşmaları dəyişdirməyə cəhd etməsinə yol verməməliyik. NATO bölgədə Türkiyə qismində yetərincə təmsil olunur və Azərbaycan Türkiyəyə tam etibar edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi