Müharibə təhlükəsi: Ermənistan insanları təlim-məşq toplantısı adıyla sərhədə aparır
09:02 04.10.2024
Siyasət
355
Ermənistanda təlim-məşq toplantısına çağırılan şəxslər Azərbaycanla sərhəddə döyüş mövqelərinə göndərilir. Bu barədə Ermənistan mediası yazıb. Bildirilib ki, Təlim-məşq toplantısı 25 gün nəzərdə tutulsa da, çağırışçıların bir çoxu uzun müddət xidmətdə saxlanılır. Adının çəkilməsini istəməyən çağırışçılardan biri “Hraparak” nəşrinə söyləyib ki, onlara posta çıxmayacaqları deyilsə də, toplanış məntəqəsindən birbaşa döyüş mövqeyinə aparıblar və sona qədər orda qalıblar. Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlamasında təsdiq edib ki, təlim-məşq toplantısının iştirakçıları döyüş növbətçiliyindədir.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, sülh məsələsi gündəlikdən çıxdığı təqdirdə onun yerini alternativləri alır:
“Yəni yeni münaqişə, eskalasiya və mühariə təhlükəsi yaranır. Ermənistan isə bundan narahatdır. Çünki indiki vəziyyətdə Ermənistanda bütün sərhəd boyu sərhədin təhlükəsizliyini təmin edəcək əsgər çatışmamazlığı mövcuddur. İnsanlar öz uşaqlarını müxtəlif yollarla Ermənistandan başqa ölkələrə göndərirlər. Digər tərəfdən isə Ermənistanda Azərbaycanla müharibəyə getmək mifi artıq dağılıb. Ona görə də təlim-məşq toplantısı adıyla insanları toplayıb sərhədə aparırlar. Çünki anlayırlar ki, Azərbaycanın şərtləri yerinə yetirilmədiyi təqdirdə Bakı istənilən təxribata adekvat cavab verəcək. Belə olan halda isə Ermənistan torpaqlarını qorumağa ehtiyac var. Eyni zamanda Ermənistanın aldığı yeni texnikalar mövcuddur ki, həmin silahlardan istifadə məsələsində təlimə ehtiyac duyulur. Sözügedən təlimlərin bir hissəsi də bu kontekstədir. Düşünürəm ki, Ermənistan Azərbaycanın haqlı tələblərini qəbul etdiyi təqdirdə Rəsmi İrəvanın hansısa ölkənin yalançı təhlükəsizlik vədlərinə ehtiyacı qalmayacaq. Çünki ən gözəl təhlükəsizliyin yolu region dövlətləri və qardaş Türkiyə ilə əməkdaşlıqdan keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm