Natiq Cəfərli deputat olmağa iddialıdır
12:26 13.07.2024
Siyasət
483
“İstənilən gün və saat görüşmək istəsələr, mən və komandamız hazırıq”
İyul ayının 13-dən növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanacaq. Seçki Məcəlləsinə görə, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədləri dairə seçki komissiyasına təqdim edilməlidir. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək. Artıq onlarla şəxs növbədənkənar parlament seçkisində namizəd olacağını açıqlayıb. Seçkiyə namizədliyini irəli sürənlərdən biri də Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlidir. O, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürüb və artıq imzatoplama kampaniyasına başlayıb: "Artıq 150-yə yaxın imza toplanılıb. Komandamızın üzvləri, könüllülər dairə ərazisində qarşılaşdığı ən böyük problemləri sıralamaq istərdim. Hər 5 nəfərdən 3-ü seçkinin elan edildiyini bilmir. Yeni tikilən binalara daxil olmaq çətindir, qapılarda kodlar var, bəzən isə binanın mühafizəsi daxil olmağa, imza toplamağa imkan vermir. Yay fəslidir, insanların çoxu bağda, rayonlardadır, bəzi mənzillərdə yaşayan yoxdur. Çoxsaylı kirayədə yaşayanlar var, yəni qeydiyyat ünvanları Xətai rayonuna deyil. Havalar isti olduğundan və səhər-günorta saatlarında evlərdə vətəndaşlar olmadığından, uşaqlar axşam saatlarında imza toplamağa çalışırlar. Bu zaman isə vətəndaşların bəziləri narazılıq edir ki, axşam qapımızı döyməyin. Sırf 33 saylı Xətai birinci dairəsinə xas problem odur ki, bu insanların konstitusiya hüququ 4 ildən çox pozulub. 2020-ci il seçkilərində dairənin nəticələri ləğv edilsə də, təkrar seçkilər keçirilməyib. Vətəndaşların bir qismi bundan narazıdırlar, təmsilçilərinin olmadığının günahını imza toplayanda görürlər. Halbuki biz indi onları layiqincə təmsil etmək üçün çalışırıq".
N.Cəfərli 33 saylı Xətai birinci seçki dairəsinin ərazisində yaşayan sakinləri seçkidə aktiv olmağa səsləyib: "İstənilən gün və saat görüşmək istəsələr, mən və komandamız hazırıq. Aktiv olaq, imza vermək, kampaniyaya maddi yardım etmək istəyənlər mənim seçki qərargahımın rəhbəri Fariz Zöhrabovla əlaqə saxlaya bilərlər. Biz birlikdə bacaracağıq!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat