Nazir: İsrail Azərbaycana lazım ola biləcək hər cür yardımı göstərməyə hazırdır
09:15 27.12.2024
Siyasət
339
İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Sherg.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident.
Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş ürəkağrıdan faciə ilə bağlı Sizə şəxsən öz adımdan, İsrail hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İsrail Dövləti çoxsaylı insan itkisi ilə əlaqədar kədərinizi bölüşür. Bu faciə nəticəsində həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk. Yaralıların hamısının tezliklə tam sağalmalarını arzu edirik.
İsrail Dövləti, eləcə də Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi bu çətin vaxtda Sizin yanınızdadır və lazım ola biləcək hər cür yardımı göstərməyə hazırdır.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi