Nazir müavini:“Ermənistanla heç bir qeyd-şərt olmadan delimitasiya prosesinə başlamağa hazırıq”
Yusif Nəzərli
17:48 11.03.2022
Siyasət
803
“Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırıq”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Azərbaycan hökumətinin bununla bağlı mövqeyi məlumdur. Buna paralel olaraq iki ölkə arasında münasibətlərin bərpası və digər sahələrdə əlaqələr qurula bilər. 3+3 formatı bölgədə sabitliyin bərpası üçün işə düşüb. Azərbaycan tərəfi buna öz töhfəsini verir və verməkdədir. Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır. Siyasi iradə göstərsələr, biz münaqişə tarixinin səhifəsini bağlamağa hazırıq. Gələcəkdə sülh müqaviləsinin bağlanması da bundan asılıdır. Erməni xalqı da sülh istəyir. Lakin bunun həyata keçirilməsi üçün dediyim kimi, siyasi iradə olmalıdır”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, atəşkəs prinsipinə tamamilə riayət olunmalıdır:
“Kommunikasiyaların açılması, üçtərəfli bəyanatların tam və davamlı şəkildə yerinə yetirilməsinin tərəfdarıyıq. Əgər bunlar baş vermirsə, münasibətlərin normallaşmasında ləngimələr olacaq. Naxçıvana avtomobil və dəmir yolunun açılması istiqamətində işlər görülməlidir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə