Netanyahu Qəzzanı boşaltmaq üçün qırğın planı qurur - ŞƏRH
05:33 21.10.2025
Siyasət
372
“Fələstin üç yerə bölünüb, real dövlət qurmaq mümkünsüzdür”
İsrail ordusu Qəzzanın cənubundakı Rəfah istiqamətinə aviazərbələr endirib. Məlumata görə, zərbələr HƏMAS-ın bu gün etdiyi hücumlara cavab olaraq endirilib. Qeyd edək ki, ABŞ Dövlət Departamenti HƏMAS-ın Qəzzada atəşkəsi pozacağı ilə bağlı xəbərdarlıq etmişdi. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Baş nazir Benyamin Netanyahunu maksimum güclə Qəzzada hərbi əməliyyatları tam bərpa etməyə çağırıb:
"Yanlış olaraq düşünülürdü ki, HƏMAS dəyişəcək və imzaladığı atəşkəs razılaşmasına sadiq qalacaq. Amma gözlənildiyi kimi, o, təhlükəsizliyimiz üçün təhlükəli olduğunu bir daha sübut etdi". Qeyd edək ki, bu gün İsrail ordusu HƏMAS-ın atəşkəs razılaşmasını pozduğunu əsas gətirərək, Rəfah istiqamətinə aviazərbələr endirmişdi. ÇAXAL məlumat yayıb ki, İsrail HƏMAS-ın hədəflərinə silsilə zərbələr endirdikdən sonra Qəzzada atəşkəs rejiminə qayıdıb.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, faktiki olaraq ortada böyük bir problem var. Ekspert vurğulayıb ki, yəhudi xalqı böyük bir dövlət qurmaq istəyir:
"Yəhudilər minillərdir axtarış içindədirlər. Müxtəlif bölgələrdə buna cəhdlər olunsa da, ən sonda Fələstin seçildi. İdeologiya bundan ibarət idi ki, "torpaqsız xalq üçün xalqsız torpaq". Yəni Fələstin boşdur, yəhudilərin də vətəni yoxdur. Bir də tarixi miflər mövcuddur. Musa peyğəmbərin orada olması və s. Ancaq məsələ ondadır ki, Fələstində xalq olub, insanlar yaşayıblar. Qəzza daxil bütün ərazilərdə 14 milyon əhali yaşayır. Bunun 7 milyonu ərəb, 7 milyonu isə yəhudidir. Bölgə ilə bağlı bir neçə variant var. Birincisi, vahid dövlət halında yaşamaqdır. Bu zaman Qəzza və İordaniya çayının qərb sahilləri İsrailə birləşdiriləcək. O zaman yəhudilərin "böyük dövlət"i də alınmayacaq, çünki əhalinin yarısı ərəb olacaq. İkinci üsul ikidövlətli həll planıdır ki, Azərbaycan da daxil bir çox ölkə bunu dəstəkləyir".
T.Rzayev əlavə edib ki, bu məsələdə də problemlər çoxdur:
"Fələstin üç hissəyə bölünüb, bir hissəsinə Mahmud Abbas nəzarət edir. Digər bölgə İsrailin əlindədir, üçüncü ərazi isə ortaq nəzarətdədir. Faktiki olaraq həmin ərazidə bir milyona yaxın yəhudi yerləşdirilib. İsrailin öz içində 2.5 milyon ərəb yaşayır. Yəni ikidövlətli həll planına əsasən qurulacaq "Fələstin dövləti"ndə bir milyon yəhudi olacaq. İsrail dövlətində 2.5 milyon ərəb var. Ona görə ikili dövlət versiyasının reallaşması da çətindir. Üçüncü üsul isə Qəzza və ətrafında ərəblərin sayını süni surətdə azaltmaqdır. Netanyahu və koalisiyasının çalışdığı budur. Ona görə çox böyük qırğın törədəcəklərini elan etməklə Qəzzanı boşaltmağa çalışırdılar, əhali arasında panika yaratmaq istəyirdilər. Amma ərəbləri köçürmək mümkün deyil. Birincisi, özləri köçmədilər, ikincisi isə milyonlarla qəzzalını qəbul edəcək ölkə yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm