
Nikoldan Zəngəzur dəhlizi açıqlaması: Paşinyan niyə qorxuya düşüb,
10:53 15.01.2024
Siyasət
396
Bu, Nikol Paşinyanın “sülh gündəmini” iflasa uğratdığının və ölkəni yeni müharibəyə apardığının ictimai etiraf edirdi.
Bu sözləri Ermənistanın müxalif “Ermənistan” fraksiyasından olan deputatı İşxan Saqatelyan Baş nazir Nikol Paşinyanın ötəngünkü açıqlamaları ilə bağlı deyib.
“Üç ildir xalqımızı aldadırlar, deyirlər, sülh gətirəcəyik, amma indi deyirlər ki, alınmır, çünki Azərbaycan sülh istəmir. Amma gülməlisi odur ki, sonda Nikol deyir: biz hələ də bu yolla gedəcəyik”, - o bildirib
Mövzu ilə bağlı danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a şərh edib ki, Paşinyan İlham Əliyevin Azərbaycan media orqanlarına verdiyi açıqlamalardan sonra yenidən qorxuya düşüb:

"Buna görə də tez-tələsik Zəngəzur dəhlizinin açılması ilə bağlı da açıqlama verib. Naxçıvandan Azərbaycanın digər hissəsinə yol verməyə də hazır olduqlarını bildiriblər. Amma o, bunun hamısının Ermənistanın nəzarəti altında olmasını da qeyd etməyi unutmayıb. Ermənistan müxalifəti də məqam tapdıqca Paşinyanın üstünə gəlir. Nikol Paşinyan rahat vəziyyətdə deyil və ona həm daxildən, həm də xaricdən təzyiqlər olunur. Paşinyan çalışır ki, Azərbaycan ilə sülh müqaviləsini tezliklə imzalasın və Ermənistan 29 min kv.km ərazinin təhlükəsizliyini təmin etsin. Paşinyan üçün ən başlıca məsələ bundan ibarətdir. Ermənistanda müxalifətdə olan revanşist qüvvələr buna görə Paşinyanın üstünə gəlir. Eyni zamanda həmin qüvvələr Qarabağı unutmaq istəmirlər və Azərbaycanı təhdid edirlər. Bunların hamısının isə gələcəkdə Ermənistanı ciddi fəlakətlərə aparacağını Paşinyan gözəl bilir. Ona görə də bütün təzyiqlərə rəğmən Ermənistanın 29 min kv.km-in qorunması şərtilə sülh müqaviləsini imzalamaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya