
Orta gücün doğuluşu çox önəmlidir - ŞƏRH
03:36 23.10.2025
Siyasət
593
Azərbaycan və Qazaxıstan türk coğrafiyasının iki dayaq sütununu təşkil edir
“Türk dünyasının vahid güc mərkəzi kimi çıxış etməsi Bakının bundan sonra xüsusi diqqət yetirəcəyi strateji xətt olacaq”
Prezident İlham Əliyevin oktyabrın 20-21 tarixində Qazaxıstana dövlət səfəri Bakı və Astana münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə oldu. Səfər həm iki ölkə arasında strateji ittifaqın dərinləşməsini, həm də Cənubi Qafqaz-Mərkəzi Asiya regionunda yeni geoiqtisadi reallığın formalaşmasını sürətləndirdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin İlham Əliyevi hava limanında şəxsən qarşılayıb yola salması tərəfdaşlığın yüksək səviyyəsinin simvoluna çevrildi.
Tokayevin İlham Əliyevi "tarixi miqyaslı görkəmli lider" adlandırması isə bu münasibətlərin uğurunda liderlik amilinin mühüm rolunu göstərdi. Səfərin mərkəzində Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şuranın ikinci iclası dayanırdı. Görüş zamanı enerji, nəqliyyat-logistika, rəqəmsallaşma, süni intellekt, sənaye təhlükəsizliyi və mədəniyyət sahələrini əhatə edən bir sıra sənədlər imzalandı. Bu razılaşmalar Orta Dəhliz üzrə “dayanıqlı marşrut”un formalaşmasına hüquqi əsas yaratdı. Liderlərin Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzinə səfəri isə iki ölkə arasında rəqəmsal inteqrasiyanın prioritetə çevrildiyini nümayiş etdirdi. Bu, Transxəzər fiber-optik kabeli və rəqəmsal ticarət platformalarının inkişafı istiqamətində siyasi dəstək siqnalıdır. Astana səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji məzmununu daha da gücləndirdi, regional əməkdaşlıqda yeni mərhələnin əsasını qoydu.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Astana səfəri iki hədəf kontekstində əhəmiyyətlidir. Ekspertin sözlərinə görə, Orta Dəhlizin perspektivlərinin gücləndirilməsi və qlobal proseslərdə təsir mərkəzinə çevrilə biləcək orta gücün formalaşdırılması çox önəmlidir:

"Azərbaycan Prezidenti Qəbələ zirvəsində Türk dünyasının vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bəyan etdi. Bu, Bakının bundan sonra xüsusi diqqət yetirəcəyi strateji xətt olacaq və dövlət başçısının strategiyanın praktiki müstəvidə həyata keçirilməsini Astanadan başlaması təsadüfi deyil. Çünki Azərbaycan və Qazaxıstan türk coğrafiyasının iki dayaq sütununu təşkil edir. Türk coğrafiyasında mümkün vahid güc mərkəzinin qurulması qütbləşmənin dərinləşdiyi geosiyasi müstəvidə orta güc rolunu oynaya bilər. Orta Dəhliz marşrutunun möhkəmlənməsi belə bir gücün əsas dayaqlarındandır. Bu marşrutun iki əsas habını - Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan Cənubi Qafqazda təşkil edir. Bu baxımdan, Azərbaycan liderinin səfəri türk dünyasında, həm də Orta dəhliz marşrutunda coğrafi parçalanmanı aradan qaldıracaq".
Analitik vurğulayıb ki, Bakı və Astananın gündəliyində olan cari məsələlər də var:
"Xəzərin üzləşdiyi ekoloji fəlakətin aradan qaldırılması, Ermənistanla sülh danışıqlarında Astana platformasının perspektivləri, o cümlədən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq gündəmdə olan məsələlərdir. Rusiya Azərbaycanın tələblərini qəbul etsə də, Putin Düşənbədə istintaq prosesini izləyəcəklərini dilə gətirdi. Bu, Moskvanın Bakı ilə razılaşsa belə, "arqumentləri"ni gücləndirmək üçün prosesə müdaxilə risklərini yaradır. Daha öncə analoji hal baş verib. Azərbaycan Qazaxıstanla istintaq prosesinin üzərindən bir daha keçmək niyyətindədir".
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak etdi
01:20 30.10.2026
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
17:41 29.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət