PA rəsmisi: COP29 ərəfəsində və ya sonra Azərbaycana qarşı hücumlara hazır olmalıyıq
07:33 11.10.2024
Siyasət
394
Ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə ölkəmizə qarşı sosial şəbəkələrdə dezinformasiyalar yayır.
Sherg.az Report-a istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu gün texnologiyanın inkişafı ilə hər şeyi informasiya həll edir:
"Artıq informasiyanın əldə edilməsi, yayılması çox rahatdır. Lakin yayılan məlumatların çoxu da dezinformasiya olur. Cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır. Vətən müharibəsindən sonra ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələrdə dezinformasiyalar yayır. Bu ilin noybarında Bakıda keçiriləcək COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır".
O qeyd edib ki, yerli medianın daha da inkişaf etdirilməsi, milli maraqların qorunması, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün səylər birləşdirilməlidir: "Daha mütəşəkkil və səviyyəli cavablar verilməlidir. Xüsusilə, COP29 ərəfəsində və ya konfrans bitdikdən sonra bizə qarşı bu kimi hücumlara hazır olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə