
Parlamentari: APA-nin bəyannaməsinin qəbul olunması 15-ci sessiyanın nəticələrini göstərən faktorlardan biridir
13:46 19.02.2025
Siyasət
508
Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul ediləcək. Bu mühüm sənəd Assambleyanın gündəliyində duran əsas məsələləri, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini əhatə edəcək. Bakı Bəyannaməsi Assambleyanın dəyərləri və məqsədlərinə uyğun olaraq, regional sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik və diplomatik əməkdaşlıq kimi sahələrdə birgə fəaliyyətin istiqamətlərini müəyyən edəcək. Sənəd, həmçinin üzv ölkələrin parlamentləri arasında təcrübə mübadiləsinin artırılması, qanunvericilik sahəsində inteqrasiya və Asiya ölkələrinin beynəlxalq arenada birgə səylərinin gücləndirilməsi kimi məsələləri özündə ehtiva edəcək. Bəyannamənin qəbulu APA-ya üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi baxımından mühüm addım olacaq. Azərbaycan paytaxtında keçirilən bu tədbir, regionun siyasi və iqtisadi gündəmində vacib rol oynayır.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Azərbaycan Asiya Parlament Assambleyasına ev sahibliyi və sədrlik edir:

“15-ci plenar sessiyada müzakirə edilən məsələlər həm qlobal düzən, bütövlükdə dünyada baş verən son siyasi hadisələr və bu kontekstdə Asiya dövlətlərinin, eyni zamanda parlamnetlərinin rolu ilə bağlı oldu. Müzakirələr göstərir ki, konstruktiv olaraq əksər Asiya ölkələri qlobal düzənə töhfə verməyə çalışırlar. Təbii ki, vacib məqamlardan biri də Asiya Parlament Assambleyasının bütövlükdə bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır. Çünki APA-nin bəyannaməsinin qəbul olunması Asiya Parlament Assambleyasının fəaliyyətini, eləcə də 15-ci sessiyanın nəticələrini göstərən faktorlardan biridir. Ümumiyyətlə, son illər biz Azərbaycanın parlament diplomatiyasının inkişaf etməsini və genişlənməsini müşahidə edirik. Azərbaycan parlamenti beynəlxalq təşkilatlarda aktiv olaraq təmsil olunub. O cümlədən Asiya Parlament Assambleyasına sədrlik etmək də məhz bu kontekstdə qiymətləndirilməlidir. Parlament diplomatiyasının inkişaf etməsi və genişlənməsi, təbii ki, Azərbaycan həqiqətlərinin daha böyük arenaya təqdim olunması cəhətdən önəmlidir. Xüsusilə də Azərbaycanın əldə etdiyi zəfərdən sonra regionla bağlı həqiqətlərin təqdimatı baxımından çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya