
Parlamentari: Azərbaycan və Ermənistan sülhə doğru inamla irəliləyir
Yusif Nəzərli
03:00 29.10.2025
Siyasət
365
İrəvanda keçiriləcək sammitdə İlham Əliyevin iştirakı mümkündür
"Ermənistanın Avropa Siyasi Birliyinə Azərbaycan və Türkiyə liderlərini dəvət etməsi müsbət siqnaldır”
Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyə dəvət edib. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, Azərbaycan və Türkiyəni ən yüksək səviyyədə sammitdə iştiraka dəvət ediblər: "Hazırda bunu sənədləşdiririk". Qeyd edək ki, Avropa Siyasi Birliyinin ilk sammiti 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada baş tutub. Praqa sammitində 44 Avropa lideri iştirak edib. Məhz Praqa görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bundan sonra sülh prosesində yeni dönəm başlayıb. ASB-nin sonuncu sammiti oktyabrın 2-də Danimarkada keçirilib.
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, son günlər Ermənistan rəsmiləri ard-arda sülh prosesi ilə bağlı önəmli açıqlamalar verirlər. Deputat vurğulayıb ki, Baş nazir Nikol Paşinyan ötən dövrdə müharibənin baş verməməsi, insan tələfatının olmaması, sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması istiqamətində bir sıra məsələlərə toxunub:

"Bütün bunlar göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə doğru getməsi istiqamətində mühüm addımlar atılır. Təbii ki, ilk açıqlamanı cənab Prezident İlham Əliyev verdi. Dövlət başçısı Qazaxıstanda açıq şəkildə elan etdi ki, Ermənistana tətbiq olunan məhdudiyyətləri aradan qaldırdıq. Ardınca Ermənistan tərəfi pozitiv açıqlamalar verməyə başladı. Avropa Siyasi Birliyi çox önəmli platformadır. Azərbaycan dövlət başçısı bir neçə dəfə Avropa Siyasi Birliyinin Sammitlərində iştirak edib. Sülh prosesi çərçivəsində İrəvanın Avropa Siyasi Birliyinin növbəti sammitinə Azərbaycan və Türkiyə liderlərini dəvət etməsi müsbət hadisədir. Hələlik, hansısa rəsmi, yazılı dəvətdən söhbət getmir. Ermənistan şifahi formada öz istəyini bəyan edib. Rəsmi müraciət daxil olduqdan sonra proseslərə, vəziyyətə uyğun olaraq həm Azərbaycan, həm də Türkiyə koordinasiyalı formada öz addımlarını atacaqlar. Söhbət ondan gedir ki, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi Ermənistana aid tədbir deyil. Sammit birbaşa Ermənistanla bağlı olmadığına görə nəzərdən keçirilə bilər".
Parlament üzvü diqqətə çatdırıb ki, Avopa Siyasi Birliyinə heç də dünyanın bütün dövlət başçıları dəvət edilmir:
"Bu Sammitin önəmi və sülh prosesinə verəcəyi töhfələr nəzərə alınaraq, təbii ki, Azərbaycan Prezidenti də bu tədbirdə iştirak edə bilər. Biz bunu normal qəbul etməliyik. Xatırladım ki, ötənlərdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri də İrəvanda ilk dəfə olaraq ikitərəfli görüş keçirdilər. Bir müddətdən sonra biz Ermənistan rəsmilərinin Bakıya səfərlərinə şahidlik edəcəyik, Azərbaycan nümayəndələri təkrar İrəvana gedəcək. Məsələn, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Azərbaycanda səfərdə oldu. İstisna deyil ki, Azərbaycan Prezidenti də İrəvana, Ermənistan baş naziri də Bakıya gəlsin. Artıq qarşımıza məqsəd qoymuşuq ki, bölgəyə sülh gəlməlidir. Sülh üçün bu cür gediş-gəlişlər reallaşmalı, çoxalmalı, adi hala çevrilməlidir".
C.Məmmədov əlavə edib ki, Azərbaycan və Ermənistan sülhə nail olmaq üçün ardıcıl addımlar atırlar:
"Bölgədə sabitliyin, əməkdaşlığın olmasını istəyiriksə, ən qısa zamanda sülhə nail olmalıyıq. İndiyədək regionda sülhə, stabilliyə mane olan ölkə Ermənistan idi, çünki işğalçılıq siyasətini həyata keçirirdi, təxribatlara əl atırdı. İndi yeni dönəm başlayıb. Həm Azərbaycan, həm də Ermənistan tərəfi sülhə doğru inamla irəliləyir. Mühüm məqamlardan biri odur ki, istər MDB sammitində, istər Avropa Siyasi Birliyinin sammitində cənab Prezidentlə Ermənistan baş nazirinin heç bir vasitəçi olmadan rahat şəkildə təmasları, görüşləri baş tutur. Liderlər ikitərəfli qaydada müzakirələr aparırlar. Keçmişi unutmamaqla bərabər, gələcəyə baxmağı və düzgün inşa etməyi bacarmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya