Paşinyan dediklərini təkrarlayır: “Ordumuzun zərbələri ilə şəfa tapacaq”
Banuçiçək Kalbalıyeva
11:04 07.10.2020
Siyasət
865
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan razıdırsa, güzəştə hazır olduğunu deyib. O, bu barədə “L’Agenc France-Presse” agentliyinə verdiyi müsahibəsində bildirib. Erməni baş nazir qeyd edib: “Münaqişəyə dair qətnamələrin icrası güzəştə əsaslanmalıdır. Qondarma Dağlıq Qarabağ rejimi və Ermənistan güzəştə hazırdırlar, bir şərtlə ki, Azərbaycan da buna hazır olsun!”.
Diqqətçəkən məqam Paşinyanın qondarma Dağlıq Qarabağ respublikasını da üçüncü bir tərəf göstərməsidir. Görünür, ağlı öz siyasi səhvlərinə gedib.
Politoloq Mübariz Əhmədoğlu bu barədə “Sherg.az”a danışarkən Paşinyanın inadkarlığını xüsusu vurğulayıb:
“Baş nazir demək istəyirdi ki, genişmiqyaslı hərbi əməliyyatların onuncu günü də onun fikrini dəyişmir. Yəni eyni mövqedədir. Yenə də qondarma Dağlıq Qarabağ respublikasını üçüncü tərəf qismində diqqətə çatdırır. Əslində açıqlamasının məzmunu sadəcə bundan ibarətdir. Yeni məqam yoxdur: əvvəl dediklərini təkrarlayır”.
M.Əhmədoğlunun fikrincə, biz Paşinyanın bu sərsəmləmələrinə əhəmiyyət verməməliyik:
“Azərbaycan əsgər və zabitləri əks- hücum əməliyyatlarını uğurla davam etdirirlər. Ordumuzun taktiki düzülüşü çox yaxşıdır. Əvvəl Ermənistan İran ərazisinə bomba atırdı. İran da bunu bizim boynumuza yıxırdı. Amma indiki taktiki düzülüş buna imkan vermir. Zənnimcə, biz yaxın iki-üç günə çox ciddi uğurlar əldə edəcək, Mehriyədək gedəcəyik.
Bu, Paşinyanı ağıllandıracaq. O, çox ağır xəstədir. Azərbaycanın əsgərinin atdığı top, raket zərbələri ilə şəfa tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə