Paşinyan şantaja çox meyillidir
Yusif Nəzərli
05:28 28.10.2022
Siyasət
330
İrəvan Qərblə İran arasında manevr edir
Ermənistanın yaxın illərdə KTMT-dən çıxacağı real görünmür
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsi günlərdir müzakirə mövzusudur. Parlamentin spikeri Alen Simonyan bildirib ki, əslində Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə etmir, reaksiya gözləyir. O, Ermənistanın kursu dəyişmək üçün heç nə etmədiyini vurğulayıb: "Amma bir fakt var ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir. Əgər belədirsə, o zaman KTMT bu barədə İrəvana məlumat verməlidir ki, başqa mexanizmlər tapılsın. Mən gözləyirəm ki, bizim KTMT-dən olan həmkarlarımız və əsas müttəfiqimiz erməni maraqları xəttinin tükəndiyini dərk edir və Ermənistanın artıq geri addım atmaq imkanı yoxdur. Biz Ermənistanın maraqlarını qorumaq üçün hər şeyi edəcəyik”.
Onun sözlərinə görə, Ermənistan təşkilatın reaksiyasını gözləyir, indiki mərhələdə bu, siyasi reaksiyadır: "Gələcəkdə KTMT-nin regiondan çəkilmək qərarına gəldiyi ortaya çıxsa, o zaman faktla üzləşə bilərik. Amma Ermənistan hakimiyyəti bu gün belə bir məsələni müzakirə etmir. Biz hərəkət gözləyirik, reaksiya gözləyirik. Vəziyyət onu göstərir ki, qərar qəbul etməyimizə çox az vaxt qalıb".
Erməni politoloq Yervand Bozoyan da deyib ki, Nikol Paşinyanın siyasəti kökündən dəyişib. Son 30 ildə Ermənistanın heç bir keçmiş prezidenti Rusiyanın maraqlarına qarşı çıxış etməyib: "Bütün hakimiyyət nümayəndələri daha çox rusiyayönümlü, daha az qərbyönlü siyasət aparmağa çalışıblar. Çünki Ermənistanın Rusiya kimi təhlükəsizlik çətiri var idi. Bu gün isə Ermənistan Qərblə Rusiya arasında qarşıdurma mərkəzlərindən birinə çevrilib. Nikol Paşinyan bunun onun üçün faydalı ola biləcəyini düşünür, amma yox. Bundan ancaq Azərbaycan qazanır, çünki müharibədə qalib gələn tərəfdir. Belə rəqabət yalnız qalib tərəf üçün faydalıdır. Belə çıxır ki, Nikol Paşinyan burada da uduzub. O, öz seçimini etdi, Qərbə gedir, Rusiya buna dözməyəcək”.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanda baş verən hadisələr çoxvektorlu istiqamətdə cərəyan edir. Partiya təmsilçisinin sözlərinə görə, Qərblə yaxınlıq edən Ermənistan eyni zamanda İranla geniş əlaqələr qurur:
"İrəvan Rusiya ilə sıx bağlarla qaynaq edilməsinə baxmayaraq, mütəmadi olaraq ondan uzaqlaşacağı barədə bəyanatlar verir. Buna rəğmən, Rusiyanın təsir dairəsində qalmaqda davam edir və bu yaxınlıq Rusiyanın tam çökməsinə qədər davam edəcək. Hətta Rusiya parçalanmaya məruz qalarsa, ona arxadan ilk zərbəni Ermənistan vuracaq. Hazırda isə Paşinyan Qarabağ məsələsində Rusiyadan tutarlı dəstək ala bilmədiyi üçün Qərblə İran arasında aktiv manevr etməkdədir. İran öz maraqları çərçivəsində Azərbaycana qarşı olsa da, bizim üçün real təhlükə yarada bilməz. Ermənistanın Rusiyanı KTMT-dən çıxacağı ilə şantaj etməsinin isə əsası yoxdur. İrəvan buna qərar versə belə proses bir neçə il davam edəcək. Ona görə də Paşinyanın ermənipərəst Zatulini və Marqarita Simonyanı arzuedilməz şəxs elan edərək ölkəyə buraxmaması ciddi problemlər yaratmayacaq. Eyni zamanda Paşinyan Azərbaycanla süh müqaviləsini bu ilin sonunda bağlamaq istədiyini bəyan edib. Sentyabr hadisələrindən sonra dövlət başçısı İlham Əliyev Ermənistan hakimiyyətinə çox ciddi xəbərdarlıq edib. İlin sonuna qədər sülh müqaviləsi imzalanmasa da, bu istiqamətdə ciddi dönüş gözlənilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya