
Paşinyan seçkilərdə qalib gəlsə, Ermənistanın manevr imkanları artacaq - ŞƏRH
Paşinyan seçkilərdə qalib gəlsə, Ermənistanın manevr imkanları artacaq - ŞƏRH
01:23 01.10.2025
Siyasət
473
“Sülh müqaviləsi və sərhədlərin açılması Rusiyanın Ermənistandakı təsirini zəiflədə bilər”
Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəmində deyil.
“Armenress”in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin bildirib.
Səfir qeyd edib ki, 102-ci hərbi bazanın çıxarılması ikitərəfli münasibətlərin gündəmində deyil: "Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib. Rusiyanın hərbi iştirakı Ermənistanın təhlükəsizlik sisteminin ən mühüm dayağı və regional sabitliyin mühüm amili olaraq qalır. Eyni zamanda, hərbçilərimiz regionda heç kimə heç bir təhlükə yaratmır”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə də Sherg.az-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının yaxın perspektivdə çıxarılması gözlənilmir. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:
“Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Seçki öncəsi siyasi gərginliyin artması ehtimalı var. Bu prosesdə Rusiya hərbi bazası məsələsini gündəmə gətirmək Paşinyan hökuməti üçün riskli ola bilər. Çünki bu, həm ruspərəst qüvvələrin kəskin müqavimətinə səbəb olar, həm də ölkədə siyasi sabitliyi poza bilər. Eyni zamanda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri də hələ tam normallaşmayıb. Sülh müqaviləsi imzalanmayıb, sərhədlər açılmayıb. Ona görə də indiki vəziyyətdə Rusiyanın 102-ci bazasının çıxarılması ilə bağlı konkret bir addım real deyil”.
M.Əsədullazadə hesab edir ki, əgər növbəti seçkilərdə Paşinyan qalib gələrsə, o zaman Ermənistanın manevr imkanları artacaq:
“Türkiyə ilə sərhədlərin açılması, Azərbaycanla yekun sülhün imzalanması Ermənistanı daha çox Qərbə inteqrasiya etməyə imkan verə bilər. Məhz bundan sonra Rusiya hərbi bazasının çıxarılması gündəmə gələ bilər. Paşinyan əslində Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu dəstəkləmir, amma hazırkı situasiyada onların çıxarılmasına qərar verə bilmir. Ona görə də o, manipulyasiya siyasəti yürüdür: bir tərəfdən Rusiya ilə münasibətləri kəskinləşdirmir, digər tərəfdən daxildə və regionda elə addımlar atır ki, rus təsirini zəiflətsin və neytrallaşdırsın. Ermənistan hələ Rusiya bazasından qurtula biləcək siyasi və geosiyasi vəziyyətdə olmasa da, proseslərin istiqaməti göstərir ki, orta və uzunmüddətli perspektivdə, xüsusilə Paşinyanın mövqeyi güclənərsə, bu, real ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm