Paşinyanın Brüsseldən gözləntiləri puça çıxdı
Yusif Nəzərli
00:24 03.09.2022
Siyasət
396
Ermənistanın baş naziri yenidən Rusiyadan mədət ummağa çalışacaq
"İkitərəfli format ən unikal variantdır və bu format Qərb masasındakı müzakirələrdə ön plana çıxıb"
Dördüncü Brüssel görüşünün yekunlarını şərh etməzdən öncə nəzərə almalıyıq ki, Ermənistan açıq şəkildə etiraf etməsə də, əvvəlki üç görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb. Bu mənada sonuncu görüşdə əldə olunan razılaşmalar elə ilk baxışdan prosesin Azərbaycanın iradəsinə və maraqlarına uyğun formada cərəyan etdiyindən xəbər verir. Budəfəki Brüssel görüşü öhdəliklərin müəyyən olunması, arzuolunmaz məqamlara toxunulmaması baxımından Azərbaycanın milli mənafelərini əhatələyib. İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə rəsmən razılıq verməsi mühüm bir səddin keçilməsi anlamına gəlir.
Çünki ötən iki il ərzində Ermənistan ciddi heç bir addım atmayıb. Davamlı olaraq sülh razılaşmasından yayınan, sabotajla məşğul olan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur oldu. Brüssel görüşü və Şarl Mişelin açıqlamasında diqqət çəkən digər vacib məqam müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsidir. Habelə, ATƏT-in Minsk qrupu institutunun adının çəkilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə tutarlı cavab oldu. Bununla sülh prosesində ləngitmə kimi İrəvan üçün xarakterik davranışa imkan verilməyəcək. Yəni Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, Brüsseldə sülh sazişi mətninin hazırlanması bir ay müddətində işçi qrupunun yaradılması ilə bağlı razılaşma əslində əvvəlki razılaşmanın yenidən aktuallaşdırılmasıdır. Analitik xatırladıb ki, bundan öncəki görüşlərdə sülh sazişi üzrə işçi qruplarının yaradılması razılaşması əldə olunmuşdu:
"Azərbaycan tərəfi işçi qrupunu formalaşdırdı, Ermənistan tərəfi isə heç bir praktiki addım atmadı. Beləliklə, bu razılaşma faktiki kağız üzərində qaldı. Şarl Mişel Avropa İttifaqı vasitəsilə əldə olunmuş bu razılaşmada irəliləyişin olmasına çalışır və bu məqsədlə sonuncu görüşdə məsələ yenidən müzakirə edilib. Görünür, Paşinyanın öhdəliyini yerinə yetirməsi razılaşdırılıb. Burada “ikitərəfli format” məsələsi xüsusilə diqqət çəkir. Azərbaycan əvvəldən ikitərəfli formata üstünlük verir. Çünki üçüncü tərəflər olmadıqda Ermənistanla münasibətlərin normallaşması imkanları daha genişdir. Məsələn, Rusiya prosesdə aktiv iştirak edirsə, öz maraqlarının da təmin edilməsinə çalışacaq. Bu baxımdan, ikitərəfli format ən unikal variantdır və bu format Qərb masasındakı müzakirələrdə ön plana çıxıb".
A.Nərimanlıya görə, kağız üzərindəki razılaşmalarda belə görünür ki, üçüncü tərəflər olmayacaq. Lakin praktikada bunun necə işləyəcəyi, ümumiyyətlə, işləyib-işləməyəcəyi sual altındadır:
"Ermənistan qeyri-konstruktiv yanaşma sərgiləyir. Moskva masasında istədiyini ala bilməyəndə Brüssel masasına üz tutur. Brüsseldə istədiyi olmayanda Moskvaya qaçır. Fikrimcə, Paşinyan yenidən Rusiyadan mədət ummağa çalışacaq. Bu baxımdan, razılaşmanın 1 ay müddətində icra ediləcəyi sual altındadır.
Ermənistan tərəfi Qarabağ məsələsində geri çəkilsə də, sərhəd və kommunikasiyanın açılması məsələsində maraqlarının müəyyən qədər təmin edilməsinə çalışır. Xüsusilə Zəngəzurun “yol məntiqi” ilə açılmasını, eləcə də sərhədin mövcud xətlər üzrə saxlanılmasını istəyir. Bu istəklərinin həyata keçməsi çətindir, lakin hələ də dirəniş göstərir və bu baxımdan, prosesin uzana biləcəyi gözləntisi daha çoxdur".
Ekspertin fikrincə, Brüssel görüşündən Azərbaycanın əsas qazanclarından biri də öhdəliyini yerinə yetirməyən Ermənistana qarşı ata biləcəyi addımları legitimləşdirmək oldu: "Çünki İrəvan Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara tam əməl etmir.
Eyni zamanda Brüsselin vasitəçiliyi ilə əldə olunan razılaşmalardan da boyun qaçırır. Bu da Bakıya imkan verir ki, qarşı tərəfi məcbur edəcək addımlar atsın. Belə addımlar həm Moskva, həm Brüssel tərəfindən dəstəklənməsə belə, ən azı onların neytral qalmasını təmin edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur