Paşinyanın müharibə ritorikası ! – “Ermənistanın pozucu dövlət olduğu təsdiqləndi”
Banuçiçək Kalbalıyeva
13:06 22.10.2020
Siyasət
564
“Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı”
“Paşinyanın məqsədi müharibəni davam etdirməkdir”
“Ermənistan baş nazirinin “Münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır”.
Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ probleminin diplomatik həllinin olmadığına dair açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, bununla rəsmi İrəvanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur:
“Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq, hərbi əməliyyatlara sövq edir”.
Görünür, Paşinyan sərsəm ambisiyalarından əl çəkmir. Həqiqətənmi, reallığı görmür? Görsə də, dərk eləmir, yəqin.
Politoloq Sədrəddin Soltan Paşinyanın bu ritorikasını “Sherg.az”a təhlil edib:
“Sentyabr ayının 27-dən etibarən erməni ideologiyası məğlubiyyətə uğramaqdadır. Çünki həm işğal etdikləri torpaqlarımızdan qovulurlar, həm də yürütdükləri siyasətin yanlış olduğu təsdiqlənir. Deməli, onlar üçün ən yaxşı çıxış yolu regional əməkdaşlıq, qonşularla dinc yaşamaq və torpaq iddiası irəli sürməməkdir.
Amma erməni ideologiyası ilə o qədər zəhərləniblər ki, təxribatçılıq şüuru canlarından belə asanlıqla çıxmır”.
S.Soltan, həmçinin Paşinyanın dünənki çıxışı barədə də danışıb:
“Birincisi, Ermənistanın pozucu, bölgədə təhlükəsizliyi təhdid edən dövlət olduğu təsdiqləndi. İkincisi, bir daha göründü ki, o, danışıqlara razılıq vermək istəmir. Həm də hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı.
Düzdür, sonra bəzi məmurlar baş nazirin bu sitatlarını ört-basdır edərək, guya sülh arzuladıqlarını dedilər. Halbuki Paşinyanın məqsədi müharibəni davam etdirməkdir. Onun bunu bacardığı görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya