
Paşinyanın sülh çağırışından sonra atəşkəs pozuldu: Təxribatın ardında kimlər dayanıb?-ŞOK DETALLAR
11:49 13.06.2024
Siyasət
497
İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Maraqlıdır Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanması və kommunikasiyaların açılması mümkünlüyünü bildirməsindən bir neçə saat sonra Naxçıvanın 3 yaşayış məntəqəsinin Ermənistanın silahlı qüvvələrinin atəşinə məruz qalması nəyə işarədir? Bu təxribat cəhdinin arxasında kimlər dayanır?
Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyanın kommunikasiyaların açılması, sülh sazişinin yaxın bir ay ərzində imzalanan biləcəyi ilə bağlı açıqlaması ilə, bu gün Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulması bir-biri ilə ziddiyyət təşkil edir;
"Hesab edirəm ki, belə fəaliyyətlərin həyata keçirilməsində və Azərbaycan ərazilərinin atəşə tutulmasında baş təşəbbüskar Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryandır. Çünki Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarılandan sonra Edvard Asryan mətbuata açıqlamasında həmin kəndlərin Ermənistana aid olduğunu aşkar şəkildə bildirərək Azərbaycana qarşı növbəti dəfə ərazi iddiaları irəli sürüb. Qeyd edim ki, bu günə qədər də rəsmi İrəvan Bakıdan Asryanın yerinə nə üzr istəyib, nə də onu vəzifəsindən azad edib. Belə görünür ki, Asryanın səsləndirdiyi bəyanatlar Ermənistan rəhbərliyinin maraqlarına uyğun olub".

Ekspert əlavə edib ki, Ermənistan tərəfi indiyə qədər başına gələn fəlakətlərdən nəticə çıxarmayıb və çıxarmaqda istəmir:
"Azərbaycan Silahlı Qüvvələri istənilən düşmən təxribatına qəti, sərt, evvektiv cavab verməyə hazırdır. Bizim istənilən ssenariyə hazırlığımız var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm