Paşinyanın təqdim etdiyi layihənin mahiyyəti yoxdur-POLİTOLOQ
10:19 04.12.2023
Siyasət
485
Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır.
Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Qərbi Zəngəzur – red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Zəngəzurun Ermənistanla əlaqəsi kəsiləcək. Zəngəzura getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Qarakilsə, İrəvan-Qafan avtobusları işləməyəcək”, – Baqratyan bildirib.
Qeyd edək ki, Qərbi Zəngəzurun sahəsi 9 min kv.km deyil, 4 min kv.km-ya yaxındır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın siyasi insitutlarında təmsil olunan siyasətçilərin Azərbaycanla bağlı bir-birinə uyğun gəlməyən dezinformasiya xarakterli açıqlamalar verməsi bizim üçün heçdə yad olan hal deyil:
“Bu fondan Baqratyanın sözlərinin də reallığa uyğun olmadığını düşünürəm. Birincisi Nikol Paşinyanın təqdim etdiyi hansısa suqovşağı layihəsinin mahiyyəti yoxdur. Azərbaycan qalib tərəf kimi regional sülh qovşaqlarının yaranmasının tərəfdarıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya qoyulan iradə və şərtlər buna əyani sübutdur”.
T.İsmayılov Baqratyan və onun timsalında digər erməni siyasətçilərin Azərbaycan əlehinə verdiyi açıqlamaların heç bir önəmi olmadığını vurğulayıb:
“Ermənistan hökuməti Azərbaycandan qorxur fikiri Nikol Paşinyan hakimiyyətinə sərf edən açıqlamadır. Amma bu sözlər həqiqəti əks etdirmir. Çünki Azərbaycan tərəfi elə bir şərait yaratmayıb ki, İrəvan hakimiyyəti qorxu krizisinə daxil olsun. Ermənistan hakimiyyəti sülh istəyirsə, Azərbaycanın təklif etdiyi regional komnukasiya layihələrinin gerçəkləşməsinə təkan verməli və bu idealarda iştirak etməlidir. Əksi olacağı təqdirdə onlar üçün vəziyyət daha da gərginləşəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix