
Paşinyanın xalqa müraciəti kifayət qədər cəsarətli çıxışdır - RƏY
02:36 20.08.2025
Siyasət
380
“Bəli, bu, danılmazdır ki, Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır”
Avqustun 18-i axşam Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib, bir sıra mesajlar verib. Paşinyan xalqa müraciətində ölkəsinin 30 ildən sonra blokadadan çıxdığını bəyan edib. Onun sözlərinə görə, kommunikasiyaların açılması üçün ilk növbədə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası aparılmalıdır.
Paşinyanın müraciətində sülh prosesinə, kommunikasiyaların açılmasına və Ermənistan cəmiyyətində revanşist qüvvələrin təsirinin azaldılmasına dair mesajları da diqqət çəkib. Onun müraciəti həm də erməni cəmiyyətinin revanşist kəsiminə ünvanlanmışdı. Qeyd edib ki, revanş hisslə yaşamaq Ermənistanın özünə ağır problemlər yarada bilər. Müraciətdə belə bir xətt aydın vurğulanırdı ki, ən yaxşısı, ən doğrusu Azərbaycanla münasibətlərin normallaşması, o cümlədən kommunikasiyaların açılması, sülh şəraitində yaşamaqdır.Ermənistanın baş naziri çıxışında Vaşinqtonda imzalanmış sənədlərə də diqqət çəkib.
“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. 8 avqustdan sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, yeni bir Ermənistan Respublikasında yaşayırıq. Sülh bizim üçün yad bir reallıqdır. Gəlin, bu reallığı kiçiltməyək. Biz sıfırdan öyrənməliyik ki, sülh nə deməkdir və sülhdə necə yaşamaq olar”, – deyə Paşinyan vurğulayıb. Onun fikrincə, sülh yalnız cəmiyyətin gündəlik həyatına deyil, həm də “həlak olanların ruhuna işıq salmalıdır”.
Araşdırmaçı-jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında Paşinyanın xalqa müraciətinin kifayət qədər cəsarətli çıxış olduğunu deyib:

“Bəli, bu, danılmazdır ki, Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır. Bu mənada Paşinyan həqiqəti deyir. Və bu çağırış eyni zamanda həm xalqa, həm də beynəlxalq birliyə hesablanıb. Əslində, bu həqiqəti bütün ermənilər anlayır. Amma ermənilər arasında şəxsi maraqlarını düşünən siyasi və iqtisadi “boss”lar var ki, bu onlara sərf etmir. Siyasilər düşmən obrazı ilə öz siyasi maraqlarını təmin edir, iqtisadi bosslar isə pul qazanır. Paşinyan bu çıxışı ilə bu anormallığa son qoymaq əzmini ortaya qoydu. Baxın, bu gün Ermənistanın Türkiyə ilə sərhədləri bağlıdır. Amma 100 minə yaxın Ermənistan vətəndaşı Türkiyədə miqrant həyatı yaşayır. Bu nə deməkdir? Bu o deməkdir ki, Türkiyə ilə sərhədin açılması sadə ermənilər üçün yeni imkanlar açacaq. Türkiyə ilə sərhədin açılması isə Azərbaycana münasibətlərdən asılıdır. Sadə ermənilərin həyatında olacaq müsbət tendensiyalar isə real dəyişiklik ilə nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol