Pelosinin Ermənistan səfərinin PƏRDƏARXASI:“Bölgə ölkələri üçün yeni təhdidlər...”
Pelosinin Ermənistan səfərinin PƏRDƏARXASI:“Bölgə ölkələri üçün yeni təhdidlər...”
Yusif Nəzərli
12:13 19.09.2022
Siyasət
566
"ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin əhəmiyyətini və mümkün nəticələrini kiçiltmək lazım deyil. Səfərin Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətlə birbaşa əlaqəsi yoxdur. O, əvvəldən planlaşdırılıb. Amma onun təsirlərinin olmayacağını deməyə əsas verməməlidir".
Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, istər N.Pelosinin özü, istərsə də onu müşaiyət edən digər Konqres nümayəndələri stabil olaraq birmənalı ermənipərəst siyasətçilərdir:
"Onların səfərin nəticələrilə bağlı Azərbaycana qarşı müəyyən addımlar atacaqları istisna deyil.
Pelosi qısa zamanda Ermənistana səfər edən yeganə yüksək ABŞ rəsmisi sayılmır. Bir qədər əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də İrəvanda səfərdə olmuşdu.
Bu Vaşinqtonun bölgəyə dair siyasətində Ermənistanın müəyyən yer aldığını deməyə əsas verir. Belə siyasət də öz növbəsində Azərbaycan üçün ciddi çağırışlar və risklər mənasına gələ bilər.
Çünki ABŞ kimi güclü bir ölkə üçün hətta zəif və kiçik Ermənistanı ayağa qaldırmaq yalnız zaman məsələsidir. Söhbət heç də onilliklərdən getmir. ABŞ-dan iqtisadi, siyasi və istisna deyil ki, hərbi dəstək alacağı halda İrəvan qısa zamanda bugünkündən çox fərqli statusa keçə bilər.
Bu da öz növbəsində bölgədə yeni geosiyasi şəraitin yaranmasına və bölgə ölkələri üçün yeni təhdidlərin meydana çıxmasına yol açardı. İlk növbədə də Azərbaycan üçün.
Xarici siyasət strategiyamızın mövcud reallığa uyğun olaraq müəyyənləşdirilməsi və onun həyata keçirilməsi istiqamətində effektiv addımların atılması təxirəsalınmaz vəzifəyə çevrilir".
Qeyd edək ki, Nensi Pelosinin səfəri Azərbaycan-Ermənistan sərhədində Ermənistanın vəziyyəti gərginləşdirdiyi dövrə təsadüf edir. N.Pelosinin səfəri sentyabrın 19-dək davam edəcək.
Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya