
Politoloq: Fransanın ermənipərəst mövqeyi Parisin vasitəçiliyinə əngəldir
Yusif Sultanoğlu
07:33 10.03.2024
Siyasət
485
"Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir".
"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert vurğulayıb ki, Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi və artan fəallığı sülh danışıqlarında irəliləyişə səbəb olmasa da, bunun Fransanın prosesdən kənarlaşması baxımından ölkəmiz üçün əhəmiyyəti var:

"Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir. Rəsmi Bakı Parislə bu sahədə əməkdaşlıqdan imtina edib. Bu isə öz növbəsində Almaniyanın işinə yarayıb. Berlin “Cənubi Qafqazda mən də varam” deməklə həm Fransanın kənarlaşmasında rol oynayıb, həm də gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanı əhatə edən regional layihələrdə faydalanmaq üçün imkan qazanıb. Rəsmi Bakı Berlinin təşəbbüslərində iştirak etməklə Almaniyanın Fransadan ön plana keçməsinə dəstək vermiş olur. Əlbəttə, Parisin İrəvanın əli ilə Berlinin vasitəçiliyinə pozuculuq elementləri gətirməsi istisna deyil. Buna baxmayaraq, İrəvan hələ ki, Berlinin vasitəçiliyindən imtina etməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya