
Politoloq: Konstitusiya dəyişməsə, sülh sazişi imzalanmayacaq
10:32 30.10.2025
Siyasət
552
Elçin Xalidbəyli: “Azərbaycanın tələbi qətidir, Bakı geri addım atmayacaq”
Paşinyan Rusiyanın təzyiqləri altında manevr edir
“Azərbaycanın Ermənistanın Konstitusiyasını dəyişmək mövzusunu qaldırmasına baxmayaraq, vəziyyət belədir: 2024-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi qərar qəbul edib və bu, ən yüksək səviyyəli hüquqi qərardır, Ermənistan Konstitusiyası heç bir qonşu ölkəyə qarşı ərazi iddiaları irəli sürmür”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ən önəmlisi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində bir çox maddələr var ki, tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialar irəli sürməyəcəklərini təsbit edir. Mən onu nəzərdə tuturam ki, sülh müqaviləsi artıq bütün mümkün və açıq mövzuları əhatə edir, yəni bizim vəziyyətimizdə sizin qeyd etdiyiniz kimi bir problem yoxdur. Sülh müqaviləsi bütün məsələləri həll edir.
Əslində, bütün bu məsələləri bağlamaq və həll etmək üçün sadəcə sülh müqaviləsini imzalamaq və təsdiqləmək kifayətdir. Bundan sonra müqavilə ən yüksək hüquqi qüvvəyə malik olacaq və başqa şərh imkanları olmayacaq”, - o bildirib.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün müvafiq yanlışın aradan qaldırılmasını tələb edib. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum gələn il keçiriləcək. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın mətnini hazırlayır. Ölkənin ədliyyə naziri Srbuhi Qalyan müvafiq istinadın çıxarılacağını istisna etməyib.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir:

"Həmin hüquqi sənəddə, Azərbaycanla bağlı ərazi iddialarını əks etdirən müddəalar ləğv edilməlidir. Yalnız bundan sonra Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkün ola bilər. Rəsmi Bakı bunu prinsipial və qəti şəkildə tələb edir. Azərbaycan bu tələbindən heç bir halda geri çəkilməyəcək. Əgər tələb yerinə yetirilməsə, deməli, yekun sülh sazişi də imzalanmayacaq.
Paşinyan hakimiyyəti də bunu çox yaxşı anlayır. Lakin problem ondadır ki, hazırda Paşinyan hökuməti kifayət qədər çətin vəziyyətdədir. Rusiya onu devirmək istəyir. Buna görə də ölkə daxilində bu mövzular Paşinyan hökumətinə qarşı Rusiyanın agentura şəbəkəsi tərəfindən gündəmə gətirilir.
Hökumət isə məsələlər ətrafında manipulyasiya etməyə məcburdur. Ən azı növbəti parlament seçkilərinə qədər Paşinyan bu mövzuları erməni cəmiyyətinə sərf edən formada izah etməyə və gündəmdə saxlamağa çalışacaq. Çünki seçkilərdə qalib gəlmək üçün Ermənistan Baş naziri bütün vasitələrdən istifadə edir. O, həm kilsəyə, həm oliqarxiyaya, həm də radikal dairələrə qarşı hücumlar təşkil edir. O, cəmiyyətin Rusiyanın agentura şəbəkəsinə yönəlməməsi üçün bu məsələləri ermənilərin baxış bucağından şərh etməyə məcburdur".
Analitik əlavə edib ki, Paşinyan çox yaxşı bilir ki, Ermənistan Konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiaları mövcuddur və onları dəyişmək vacibdir:
"Əks halda, yekun sülh sazişinin imzalanması mümkün olmayacaq. Halbuki, hazırda sülh sazişinin imzalanması Ermənistana daha çox lazımdır. Böyük ehtimalla, Paşinyan seçkilərə qədər bu mövqedən çıxış edəcək. Seçkilərdən sonra isə, əgər həqiqətən də sülh sazişinin imzalanmasında maraqlıdırsa, Ermənistan Konstitusiyası dəyişdiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya