“Prezidentin vurğuladığı yolların çəkilməsi şübhə doğurmur”
Yusif Nəzərli
13:43 23.09.2022
Siyasət
631
“Öhdəlikləri yerinə yetirmək üçün rəsmi İrəvana siyasi təzyiq göstərilir. Əminəm ki, lazım olduğu təqdirdə gücdən də istifadə olunacaq”
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində çıxış edib.
Ölkə başçısı vurğulayıb ki, biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik:
“Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar".
Prezidentin çıxışına münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfiqarov “Sherg.az”a bildirib ki, bu məsələnin həll olunması məndə şübhə yaratmır:
“10 Noyabr birgə bəyanatının 9-cu bəndi icra olunmalıdır. Sənəddə göstərilir ki, kommunikasiya xətləri işlək vəziyyətə gətirilməlidir və Rusiya sülməramlıları Ermənistan tərəfindəki xəttə nəzarət etməlidir. Bu öhdəlikləri yerinə yetirmək üçün rəsmi İrəvana siyasi təzyiq göstərilir. Əminəm ki, lazım olduğu təqdirdə gücdən də istifadə olunacaq. Bir çox media qurumlarında Zəngəzur dəhlizi mövzusu daha çox səslənir. Burada təkcə Azərbaycan mediasından yox, dünya mediasından da söhbət gedir. Bu baxımdan ölkə başçısın çıxışı zamanı vurğuladığı yolların çəkilməsi məndə şübhə doğurmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm