Putin hələ gözləmə mövqeyindədir
Yusif Nəzərli
11:16 26.09.2022
Siyasət
586
İrəvanda baş qaldıran anti-Rusiya rüzgarı Paşinyanın devrilməsi ilə nəticələnə bilər
İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiya "Əlvida, çirkli Rusiya" şüarı altında baş tutub. Əllərində ABŞ bayraqları, həmçinin "KTMT xain", "Putin xain" yazısı olan plakatlar tutan aksiya iştirakçıları antirusiya şüarları səsləndiriblər. Aksiyada iştirak edən erməni deputat Vaqe Qasparyan bildirib ki, Rusiya imperiyasının 300 illik tarixi sona yaxınlaşır: "Rusiya imperiyası Cənubi Qafqazda yaşayan bütün xalqlara qarşı həmişə müstəmləkə siyasəti aparıb. Biz ermənilər Rusiyanın imperiya siyasətinin nə olduğunu yaxşı bilirik. Ermənistan bir daha Rusiyanın boyunduruğu altında qalmayacaq. Əlvida, çirkli Rusiya!".
Ermənistanda Rusiya əleyhinə aksiyaları "Şərq"ə təhlil edən politoloq Azər Qasımov deyib ki, Ermənistan cəmiyyətində mövcud olan qrupların müxtəlif dairələrə və ölkələrə bağlı olması faktı məlumdur. Analitik vurğulayıb ki, bir qrupun Qərbyönlü, digərlərinin isə Rusiya yönlü olması erməni xislətinin açıq nümunəsidir:
"Hər zaman kimlərinsə himayəsində olmaq erməni toplumunun adət elədiyi haldır. Ermənilər Rusiyadan onları qorumaq adı altında gözləyirdilər ki, rus ordusu onların yerinə Azərbaycanla döyüşəcək. Bu, belə olmadı. Ona görə indi Rusiya pis olub. Rusiyanın hesabına yoxdan dövlət quran ermənilər indi də Qərbə, Avropaya ümid bəsləyirlər. Ermənistanın çoxdan Qərbə üz tutmaq fikri olduğu bəllidir. Rusiya bunu heç vaxt ciddi qəbul etməyib. Rusiya yaxşı bilir ki, ermənilər istəsələr belə, ondan ayrıla bilməzlər. Sadəcə, Rusiyaya qarşı olmaq görüntüsü yaratmaqla ondan daha çox istifadə etmək istəyirlər. İndi Rusiyanın durumu çətin olduğu üçün başı özünə qarışıb. Azərbaycan da ağıllı siyasətlə Rusiyanı neytrallaşdıra bilib. Ona görə də Ermənistanın Rusiyadan ayrılmaq istədiyi görüntüsü yaradırlar. Əslində Amerika da yaxşı bilir ki, Ermənistanın Rusiyadan qopmaq kimi bir istəyi yoxdur. Ona görədir ki, N.Pelosi Ermənistana gəlişində qeyd etdi ki, Ermənistan fikrini dəqiqləşdirib, Amerikanın yanında olmaq istəsə, biz onlara kömək edərik".
A.Qasımov diqqətə çatdırıb ki, Kreml Ermənistanın bu hərəkətlərinə həmişə təmkinlə yanaşıb:
"Kreml Ermənistanın bilə-bilə özünü daha da problemlərin içinə atacağını hesab etmir. Ermənistan ola biləcək Rusiya-Qərb qarşıdurmasında arada yox olar. Kremlin son ana kimi gözləyib, lazım gələrsə, Qərbyönlü siyasət yürütməyi qətiləşdirmiş bir hakimiyyəti devirmək üçün bütün imkanları var. Beynəlxalq qanunların heç bir işə yaramadığı bir dövrdə Rusiyanın Ermənistanı Qərbdən döndərməyin adi bir şey olduğunu Rusiyanın Ermənistana qaza görə borcunu ödəməyi tələb etməklə eşitdirdiyini təzəlikcə gördük. Bu hələ başlanğıcdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm